
Qızıl bahalaşacaq
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
ETF axınları və FED faiz endirimləri büdcəyə 990 milyard əlavə gəlir gətirəcək
ABŞ rəhbərliyində anlaşmazlıq qiymətli metalı günbəgün bahalaşdırdı
“ABŞ hökumətinin qapanması” və FED-in qərarsızlığı birjaları narahat edir
Kripto bazarı son günlər itirdiklərini qaytarır
Dolların dəyər itirməsi qızılı yenidən rekord səviyyəyə çatdırdı
Qiymətli metal rekord təzələdi
“Möhtəşəm 7”nin yerini “Broadcom”, “Oracle” və “Palantir” alır
Qlobal bazarlarda göstəriciləri gözləyir
Qiymətli metal ardıcıl 6-cı həftəlik qalibiyyətinə yaxınlaşır
FED sədri riskə işarə edir
Rusiya metal bazarında da itirir
Qiymətli metal zirvənin ətrafında ticarət olunur
Gələn həftə faiz endirilməsi demək olar ki, qətiləşib
Mis bahalaşıb, digərləri ucuzlaşıb
Qızıl qiymətləri dolların zəifləməsi və FED-in sentyabr ayında faiz endirəcəyi yönündə gözləntilərin güclənməsi ilə avqust ayını qazancla tamamlamağa yaxınlaşır. Dünənki ticarətdə 23 iyuldan bəri görülən ən yüksək səviyyəyə çatan spot qızıl, bu gün isə yüngül ucuzlaşma göstərsə də, ümumi yüksəliş trendini qoruyur.
Unsiya qızıl səhər saatlarında 3.411 dollar səviyyəsində, 0,15% azalma ilə ticarət olunur. Buna baxmayaraq, qızıl avqust ayı ərzində indiyə qədər 3,9% dəyər qazandı. Dolar indeksi isə eyni dövrdə azalma göstərərək gücünü itirdi. Dollarla qiymətləndirilən qızıl bu səbəbdən digər valyuta sahibi investorlar üçün daha cazibədar oldu.
Qiymətli metallarda ümumi tələbat artımı davam edir
Qızılla yanaşı gümüş və mis kimi digər qiymətli metallar da investorların diqqətini çəkməyə davam edir. Xüsusilə sənaye metallarında, qlobal iqtisadi dönüşüm prosesləri və yaşıl enerji sərmayələri qiymətləri dəstəkləyən əsas faktorlar olaraq önə çıxır. Bu çərçivədə mis, təchizat-tələb dinamikalarından qaynaqlanan balanslı yüksəlişini qoruyur.
“London Metal Birjası”nda ticarət görən üç aylıq mis müqaviləsi bu gün ton başına 9.847,5 dollar səviyyəsinə yüksələrək günlük 0,3% artım göstərdi. Həftəlik bazda isə bu, 0,53% yüksəliş deməkdir. Yüksəlişi dəstəkləyən əsas faktor, istehsalçıların dünya üzrə sürətlənən təmiz enerji marağına cavab olaraq mis istehsalına yönəlmiş sərmayələrini artırmalarıdır.
Qlobal səviyyədə yaşıl enerji sahəsinin əsas metalları arasında sayılan mis yalnız qiymətləndirmələrdə deyil, həm də sektorlararası strateji keçidlərdə diqqət mərkəzindədir. Cənubi Afrikanın önəmli qızıl istehsalçılarından “Harmony Gold” misin bu keçid proseslərində kritik rolunu nəzərə alaraq aktiv diversifikasiyası planlarını sürətləndirib.
“Harmony Gold” şirkəti mövcud fəaliyyət sahəsini genişləndirmək məqsədilə mis sektoruna daha çox fokuslanma qərarı aldı. Şirkətin açıqlamalarına görə, təmiz enerji texnologiyalarına keçid yalnız enerji sektorunu deyil, həm də mədənçilik və xammal təchizat zəncirini dəyişdirir. Bu çərçivədə firmalar, daha davamlı və tələbat yönümlü metalların istehsal sahələrində yenidən qurulmaya gedir.