Qrenlandiya kiçilir və sürüşür
Günahkar iqlim dəyişikliyidir?
13:44 | 7 avqust 2025 | Cümə axşamı
Məqaləyə 269 dəfə baxılıb
Şriftin ölçüsü
Günahkar iqlim dəyişikliyidir?
“Yaxında təyyarədə nəfəs almaq da əlavə ödənişli olacaq”
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Geniş kreslo tələb edən sərnişin təyyarədən endirildi
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Qan dövranında problemlər yarana bilər
“Deportasiya qoxusunu sevirəm”
Uçuş dayanmayanda ayağa qalxan sərnişinlərə cəza
II Dünya müharibəsinin ən bahalı silahı
Bəxşişlər artır, cəzalar sərtləşir
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
Avropada qatar biletləri təyyarədən 26 dəfə bahadır
ABŞ-ın “United Airlines” şirkətinin uçuşları sistem nasazlığı səbəbindən dayandırılıb. Problemin aradan qaldırılmasına baxmayaraq, minlərlə uçuş gecikib, onlarca uçuş isə ləğv edilib.
“United Airlines”da baş verən texniki problem çərşənbə axşamı gecəsi ölkə üzrə uçuşların dayanmasına səbəb olub. Şirkət, texnoloji nasazlıq səbəbindən “United” brendi altında fəaliyyət göstərən təyyarələrin uçuş məntəqələrində gözlədildiyini bildirib.
Təxminən iki saat sonra yayılan açıqlamada bildirilir ki, əsas texnologiya problemi aradan qaldırılıb. Gecikmələr ola bilər, lakin komanda uçuşları yenidən bərpa etmək üçün çalışır.
Nasazlıq yerli vaxtla saat 18:12-də başlayıb və “United”a aid uçuş məlumatlarının saxlandığı, həmçinin digər sistemlər tərəfindən istifadə olunan “Unimatic” adlı sistemdə yaranan kəsinti ilə bağlıdır. Şirkət problemin kibertəhlükəsizliklə əlaqəli olmadığını vurğulayıb.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Çikaqo, Denver, Hyuston, Nyuark və San-Fransisko kimi “United”ın əsas mərkəzlərində uçuşların dayandırıldığını və bərpa prosesi zamanı gecikmələrin davam edə biləcəyini bildirib.
FAA açıqlamasında qeyd edib: “United”ın fəaliyyətinə təsir edən texnoloji problem barədə məlumatlıyıq. Bərpa mərhələsi irəlilədikcə bəzi gecikmələr ola bilər.”
Uçuş izləmə platforması “FlightAware”a əsasən, indiyədək minlərlə uçuş gecikib, 40-dan çox uçuş isə ləğv olunub.
“United” təsirlənmiş sərnişinlərin yemək və otel xərclərini qarşılamağı vəd edib.
Sosial mediada çoxsaylı sərnişinlər təyyarələrdə saatlarla gözlədiklərini, hətta bəzən uçuşların təxirə salınaraq sərnişinlərin təyyarələrdən endirildiyini bildiriblər.
“United” sosial media platforması “X”də verilən şikayətlərə sistem xətası və texnologiya nasazlığı kimi açıqlamalarla cavab verib.
Son aylarda ABŞ hava yolları şirkətləri oxşar problemlərlə qarşılaşırlar. Ötən ay “Alaska Airlines” proqram təminatı nasazlığı səbəbindən bütün uçuşlarını təxminən üç saat dayandırmalı olmuşdu.
İyun ayında isə “American Airlines” kompüter nasazlığı səbəbindən bəzi uçuşlarını ləğv etmişdi. Bundan əlavə, hava nəqliyyatı idarəetmə qüllələrində əməkdaş çatışmazlığı da uçuşlarda gecikmələrə səbəb olur.