vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 16 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
Milli futbolçu Türkiyəyə gedir 18:01 | 16 iyun 2014 | Bazar ertəsi Məqaləyə 1155 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milli futbolçu Türkiyəyə gedir

Mahir Şükürov «Karşıyaka» klubu ilə anlaşıb

Futbol üzrə Azərbaycan yığmasının aparıcı oyunçusu Mahir Şükürov karyerasını Türkiyədə davam etdirə bilər. Bu haqda mətbuata Türkiyənin «Karşıyaka» klubunun baş məşqçisi Yusuf Şimşək açıqlama verib.


Klub rəhbərliyi baş məşqçi Yusuf Şimşəkin istəyi ilə Mahirlə danışıqlar aparıb və razılıq əldə edib.

Şükürovu uzun müddətdir izlədiyini deyən Yusuf Şimşək futbolçunun hazırda İzmirdə olduğunu bildirib: «İzmirə gələn oyunçu ilə rəhbərlik danışıqlar aparır. Artıq razılaşıblar. Transfer bitmək üzrədir».

Qeyd edək ki, Mahir artıq bir dəfə Türkiyədə çıxış edib. 2004-cü ildə Mahir Şükürov «Antalyaspor»un formasını geyinib. 2010-cu ildə yenidən ölkə xaricinə çıxan futbolçu «Anji»in uğurları üçün çalışıb. Son olaraq «Neftçi»nin formasını geyinən millimizin üzvü əvvəllər «Gənclərbirliyi», «Şəfa», «Karvan», «İnter», «Xəzər Lənkəran», «Olimpik» və «Qəbələ»də çıxış edib. (axar.az)