Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
15:18 | 23 iyun 2014 | Bazar ertəsi
Məqaləyə 1919 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Barak Obamanın Rusiyaya sanksiyaları artıracağı ilə bağlı bəyanatından sonra «Böyük yeddilik» də ABŞ prezidentinə dəstək olub. Beləliklə Rusiya iri dövlətlərin sanksiyaları altında qalıb. Bütün bunlara baxmayaraq, Putin də hələ ki, regionda Avrasiya İttifaqı adlanan layihəsi ilə bağlı prosesləri davam etdirir.
- Dünya ölkələrinin sanksiyaları Putin hökumətini öz planlarından çəkindirəcəkmi?
Bu dəfəki detatda suala Sosial Demokrat Partiyasının sədri, politoloq Araz Əlizadə və həmkarı Ərəstun Oruclu cavab veriblər.
Araz Əlizadə hesab edir ki, bütün bu sanksiyalar Rusiyanı məqsədlərindən daşındıra bilməz:
«ABŞ İrana da çox təzyiqlər etdi. Bütün
bu sanksiyalar İranı fikirlərindən daşındırdı ki, Rusiyaya da təsir etsin?
Rusiya İrandan da qüdrətli dövlətdir. Bu dövlətin həm hərbi, həm də sənaye
baxımından gücü kifayət qədərdir. Buna görə hesab edirəm ki, Qərbin bu
sanksiyaları Rusiyanı fikrindən daşındırmayacaq. Bəli, bu sanksiyalar Rusiyanın
iqtisadiyyatına zərbə vurur. Ancaq nəzərə alaq ki, Rusiyanın sərvətləri kifayət
qədərdir. Artıq Rusiyanın Avrasiya İttifaqı planı baş tutub. Bu ittifaqa hətta
İsrailin və Türkiyənin də marağı var. Son zamanlar erməni politoloqlarının
Rusiyanın əleyhinə çıxışları sadəcə sifariş əsasında deyilən sözlərdir.
Ermənistan heç zaman Rusiyanın əleyhinə çıxa bilməz. Ona görə ki, bu dövlətin
bütün iqtisadiyyatı rusların əlində cəmləşib. Ermənistan başa düşür ki, Rusiya
qədər heç bir ölkə ermənilərə yardım etməyəcək. Bu ölkə SSRİ dağıldıqdan sonra
öz müstəqilliyini itirən ilk respublikadır. Regionda bu ittifaqla bağlı
Azərbaycanın da adı hallanır. Mən hesab edirəm ki, Azərbaycan hazırkı
siyasətini sona qədər davam etdirəcək».
***
Ərəstun Oruclu isə Araz Əlizadənin İranla bağlı sualına cavab verərək bildirib:
«İran sanksiyalar qarşısında çəkinmək
bir yana, hətta mövqeyini dəyişdi. İran rəsmiləri bu gün enerji sahəsində
Qərblə əməkdaşlığa belə hazırdırlar. Bu birdən-birə baş verən hadisə deyil.
Təbiidir ki, buna əsas səbəb sanksiyalardır. İranda hətta təkcə prezident
səviyyəsində deyil, ali dini rəhbər də fətva verdi ki, nüvə silahı
saxlamayacaqlar. Hesab edirəm ki, İrana tətbiq edilən sanksiyalar kifayət qədər
effektiv oldu.
Rusiyaya gəlincə, ABŞ və Qərb dövlətləri İkinci Dünya savaşından sonra sərhədlərin ciddi şəkildə qorunmasını nümayiş etdirirlər. Hər halda yaranan situasiya göstərir ki, Rusiya kimi böyük dövlətin qarşısından Qərb çəkilməyəcək. Beləliklə də Rusiyaya təzyiqlər davam edəcək. Bəzən deyirlər ki, Qərb Serbiyanı və ya Yuqoslaviyanı parçaladı. Lakin bu proseslərlə Krım hadisəsini qarışdırmaq olmaz. Çünki birincidə söhbət bir separatçı dövlətin parçalanmasından və yerində müstəqil dövlətlərin yaranmasından gedirdi. Krım məsələsində isə ATƏT üzvü olan bir ölkənin digər üzvünün ərazisini faktiki olaraq işğal etməsi ön plandadır. Güman edirəm ki, sanksiyalar qarşısında Rusiya məcbur olub, reallıqla hesablaşacaq. Təbii ki, geri çəkilmək Rusiya hakimiyyəti üçün olduqca çətindir». (hafta.az)