
Ona görə seçiblər
“İstedadsız qrammofonlara deyil, ...”
“İstedadsız qrammofonlara deyil, ...”
Anar: “10 ildir iki ssenarimi çəkdirə bilmirəm”
Xalq şairi Bəxtiyar Vahabzadə vəfatının 10-cu ildönümündə yad edildi
Köhnəlməyən soru …
Türkiyə səfirliyinin mədəniyyət attaşesi İrfan Ciftçi də «Canımız Qarabağ, yazımız Qarabağ-2» layihəsində iştirak edib
Başıbəla kafenin icarədarı həbs olundu
Aydın Mirzəzadə: «Tarix sübut edir ki, ...»
Anar: «Kimdir o anası-arvadı erməni olan? Kimin dayısı ermənidir, göstərsinlər də konkret»
AYB-dən Hacıbala Abutalıbova qarşı sərt bəyanat: «Axı nə qədər ictimaiyyəti xamlamaq olar?»
Yazıçı Anar «26» kafesi ilə bağlı Hacıbala Abutalıbova kəskin cavab verdi
«... Bu cür yerləri qoruyub saxlamaq lazımdı»
Yazıçılar Birliyində qalmaqal - «Rauf Aslanovun başıma vurduğu zərbələr məni ölüm həddinə çatdırıb»
Söhrab Tahir II Fəxri Xiyabanda torpağa tapşırılacaq
«Onu düz edib AYB-dən qovublar»
«Ən yaxşı şeir» müsabiqəsi ən pis halda da baş tutumur
«Vitrinlər mənə əşyalardan utanmağı öyrətdi» Adil Mirseyid
Dünən axşam «Azərbaycan» jurnalının nəsr şöbəsinin müdiri yazıçı-publisist Sara Nəzirova vəfat edib. Bu barədə məlumatı Kulis.Az-a Əsəd Cahangir bildirib. Yazıçı uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Sara Nəzirova 1944-cü ilin 29 dekabrında Oğuz rayonunda anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu qurtarıb. 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda estetika üzrə aspiranturanı bitirib. 2002-ci ildə Fransanın Lill şəhərində Avropa Beynəlxalq Jurnalist Məktəbinin diplomunu alıb.
1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1988-ci ildə isə SSRİ Yazıçılar İttifaqına qəbul olunub. 1966-cı ildən 1988-ci ilədək Azərbaycan Dövlət İncəsənət Muzeyində işləyib. Bu illər ərzində muzeydə müşayiətçi, kiçik elmi işçi, filial müdiri, şöbə müdiri və baş elmi işçi vəzifələrində çalışıb.
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyində işləyib, Azərbaycan Yazıçılar Birliyində, «Azərbaycan» jurnalının nəsr şöbəsində çalışıb.
1983-cü ildə »Terrakota», 1986-cı ildə «Qədir ağacı», 1992-ci ildə »Tale damğası», 1990-cı ildə »Nağıl nabatı», 1996-cı ildə »Beton evdən yazılar», 2007-ci ildə «Əşrəf Muradoğlu» və başqa kitabları çap olunub.
«Azərbaycanfilm» kinostudiyasında «Batmış şəhərin incəsənəti», «Nar nağılı», «Qəsd», «İçərişəhərin hamamları», «Dost dosta tən gərək», «Üfüqü ötənlər» filmləri onun ssenariləri əsasında çəkilib.
Sara Nəzirovanın «Nağılını göstər», «Mərd körpüsü», «Qayıt», «Sözün sehri» pyesləri Azərbaycan Dövlət Teatrlarında tamaşaya qoyulub.
Əsərləri rus, ukrayna, ingilis, ispan, çin və s. dillərdə nəşr olunub.
9 may 2012-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.