
FED narahatlıqları artır
AMB üzvü qurumun müstəqilliyini müdafiə etdi
AMB üzvü qurumun müstəqilliyini müdafiə etdi
FED-in “Bej Kitab” hesabatında nələr var?
“Tədbir gələcəyini formalaşdıran baxışları öyrənməyi hədəfləyir”
Trampın FED namizədi Miran: “Federal Açıq Bazar Komitəsi çox mühüm missiyası olan qurumdur”
AMB rəhbərindən FED xəbərdarlığı
Nəhəng artımlardan sonra 107 min dollar civarında 2 aylıq dib
Kripto bazarları FED qərarı öncəsi aya narahat başladı
ABŞ ilə əldə olunan ticarət atəşkəsinə baxmayaraq, Çində istehsal fəaliyyətlərində yavaşlama davam edir
Rəqəmsal valyutada həftəlik icmal
Trampın Çin modeli Amerikanı sarsıtmağa davam edir
Əsas dəstək zonası müdafiə oluna biləcəkmi?
FED-in ilk qaradərili qadın rəsmisi haqqında məhkəmə müraciəti
“FED dörd iclasda ümumilikdə 100 baza bəndi faiz endirəcək”
ABŞ xarici kripto birjalarına tənzimləyici aydınlıq gətirdi
Qlobal bazarlarda diqqətini ABŞ məlumatlarına dikib
“Vəzifədən alındınız” elanına FED-dən sərt cavab
ABŞ əmək bazarındakı zəifləmə, Federal Ehtiyat Sisteminin (FED) monetar siyasətdə nəhayət istiqamət dəyişəcəyi gözləntilərinə yeni təkan verir. İyulda açıq iş yerlərinin sayı son 10 ayın ən aşağı səviyyəsinə enərək əsas sektorlarda tələbin soyumaq üzrə olduğuna işarə etdi. FED-in son “Bej kitab” hesabatı da bu mənzərəni təsdiqləyib – iqtisadi fəallığın durğunlaşdığı, əməkhaqqı artımlarının isə inflyasiyanın gerisində qaldığı vurğulanıb.
Bazarlar artıq bu ay 25 baza bəndi həcmində faiz endiriminin baş tutacağı ehtimalını 95% səviyyəsində qiymətləndirir. Fed-in “güvənc” tonlu nümayəndələri, o cümlədən Kristofer Uoller, qarşıdakı aylarda bir neçə endirimi dəstəkləyir. ABŞ xəzinə istiqrazlarının gəlirliliyi enərkən, dollar zəifləyib, fond bazarında yüksəliş müşahidə olunub. İndi diqqətlər bu həftə açıqlanacaq qeyri-kənd təsərrüfatı məşğulluq göstəricisinə yönəlib.
Lakin Fed daxilində yekdil mövqe yoxdur. Regional rəhbərlər iki yerə bölünüb: bir qrup mövcud siyasətin hələ də uyğun olduğunu düşünür, digərləri isə faiz trayektoriyasının artıq dəyişdiyini qəbul edir. İnvestorlar isə faiz artırımlarının sonlandığına getdikcə daha çox inanırlar.
Bu proses fonunda siyasi amillər də mənzərəni mürəkkəbləşdirir. Donald Tramp yalnız Rusiyaya qarşı yeni sanksiyaların siqnalını vermir, həm də tariflərinin ABŞ məhkəmələri tərəfindən bloklanması halında qlobal ticarət razılaşmalarını etibarsız elan etməklə hədələyir.
Texnologiya və bazar dinamikası
“Apple” gələn il süni intellekt dəstəkli veb-axtarış xidmətini işə salmağı planlaşdırır. Bu addım şirkəti birbaşa bazardakı əsas rəqiblərlə rəqabətə daxil etməklə yanaşı, süni intellektin “Apple” ekosisteminə daha dərin inteqrasiyasına da işarədir.
Avropada bazarlar qlobal mərkəzi banklardan gələn yumşaq siqnalların təsiri ilə toparlanma yolunda davam edir. “Adidas” kimi şirkətlərin güclü performansı indekslərə dəstək verib. İngiltərə və Avrozonada istiqraz gəlirliliyinin azalması faiz endiriminin uzaqda olmadığına dair gözləntiləri gücləndirib. Lakin mərkəzi banklar hələ də açıq istiqamət göstərmir. İngiltərə Mərkəzi Bankının rəhbəri daha çox məlumata ehtiyac olduğunu bildirərək sürətli yumşalma çağırışlarına məsafəli yanaşır.
Maliyyə gündəmində isə yeni risklər ortaya çıxır. Britaniya maliyyə naziri Reyçel Rivz noyabrda təqdim ediləcək, 50 milyard funt-sterlinqə qədər vergi artımı və ya xərclərin azaldılmasını əhatə edə biləcək büdcə üzərində işləyir. Müzakirə olunan variantlardan biri – ortaq müəssisələr üçün köhnə vergi güzəştlərinin ləğvidir ki, bu addım illik 2 milyard funt gəlir gətirə bilər. Amma ümumi borc yükünə ciddi təsir etməsi gözlənilmir.
Fransada isə tənzimləyicilər texnologiya nəhənglərinə təzyiqi artırır. “Google” və “Shein” kuki qaydalarına əməl etmədiklərinə görə iri məbləğli cərimələrə məruz qalıb. Bu, Avropada böyük texnologiya şirkətlərinə nəzarətin artdığını bir daha göstərir.
“Tesla”nın Avropadakı çətinlikləri də dərinləşir – bu il elektrikli avtomobil satışları 50%-dən çox azalıb ki, bu da rəqabətin sərtləşdiyini və istehlakçı seçimlərinin dəyişdiyini nümayiş etdirir. Enerji sektorunda isə OPEC+ hasilatın artırılması ehtimalını nəzərdən keçirir; avqust ayındakı artımın böyük hissəsi Səudiyyə Ərəbistanından gəlib. Neft qiymətləri yumşalarkən, qızıl investorların riskdən qaçma meylləri fonunda qalxır, mis isə sabit qalır.
Asiya bazarları və regional siyasət
Asiya bazarlarında ehtiyatlı nikbinlik qorunur. Regional hökumətlər iqtisadi sabitliyi təmin etmək üçün hədəfli addımlar atır. Çində səlahiyyətlilər istiqraz bazarını dəstəkləməyə çalışır, amma xarici kapital axını davam edir. Şəffaflıq və siyasi risklərə dair narahatlıqlar, ABŞ-la ticarət gərginliklərinin də təzələnməsi ilə, kapital çıxışını gücləndirir. Pekin ABŞ-dan idxal olunan optik lif məhsullarına qarşı ciddi antidempinq tarifləri tətbiq edib; “Corning” kimi şirkətlərə 38%-ə yaxın gömrük vergisi qoyulub.
Honq-Konqda diqqətlər baş icraçı Con Linin yaxınlaşan çıxışına yönəlib. Onun zəif daşınmaz əmlak bazarına dəstək üçün kapital məhdudiyyətlərinin yumşaldılmasını təklif edəcəyi gözlənilir. Avstraliya isə ikinci rübdə istehlak xərclərinin dəstəyi ilə gözləntiləri üstələyən artım nümayiş etdirib, lakin Mərkəzi Bankın (RBA) bu ay faizləri sabit saxlaması proqnozlaşdırılır.
Yenilənə bilən enerji yatırımları sürətlənir. “BlackRock” dəstəyi ilə “Akaysha Energy” qlobal batareya infrastrukturunu genişləndirmək üçün 300 milyon Avstraliya dolları həcmində kredit cəlb edib. Bundan başqa, Tasmaniyanı materik Avstraliya ilə birləşdirəcək iri dənizaltı enerji layihəsi gündəmdədir ki, bu da ölkənin bərpa olunan enerji inteqrasiyasına sadiqliyini nümayiş etdirir.