
Bir gündə 252 dollar
Qızılda 12 ilin ən böyük ucuzlaşması
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Birjalar çökür, məşhur şirkətlərin hissələri və kriptovalyutalar həddindən artıq ucuzlaşdı
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
ETF axınları və FED faiz endirimləri büdcəyə 990 milyard əlavə gəlir gətirəcək
ABŞ rəhbərliyində anlaşmazlıq qiymətli metalı günbəgün bahalaşdırdı
“ABŞ hökumətinin qapanması” və FED-in qərarsızlığı birjaları narahat edir
ABŞ fond bazarları dünən güclü artım nümayiş etdirib və bütün əsas indekslər 0,75% və ya daha çox yüksəlib. “S&P 500” 2025-ci ildə 21-ci rekord səviyyədən bağlanaraq həm ümumi yüksəlişə öncülük edib, həm də 22 avqustdan bəri ən güclü birgünlük performansını göstərib.
“S&P 500” indeksi 53,82 xal və ya 0,83% artaraq 6502,08 səviyyəsində bağlanıb. Rekord nəticə ilə indeks son iki sessiyada ümumilikdə 1,35% dəyər qazanıb. Hazırda “S&P 500” ilin əvvəlindən bəri 10,55% yüksəlib, apreldə qeydə alınan 2025-ci ilin ən aşağı həddindən isə 30%-dən çox irəliləyib.
“Dow Jones” Sənaye İndeksi də 350,06 xal və ya 0,77% artımla 45621,29-a yüksəlib. Bu, “Dow” tarixində üçüncü ən yüksək bağlanış olmaqla yanaşı, avqustun sonundan bəri ən böyük birgünlük xal və faiz qazancı olub. Güclü performans üç günlük itki seriyasına son qoyub və indeksi tarixi rekord bağlanışdan cəmi 0,03% geri saxlayıb. İlin əvvəlindən “Dow Jones” 7,23% artıb və apreldəki ən aşağı həddindən bəri 21%-dən çox qalxıb.
Texnologiya yönümlü “NASDAQ” Birləşmiş İndeksi də müsbət dinamika nümayiş etdirib – 209,97 xal və ya 0,98% artaraq 21707,69 səviyyəsinə çatıb. Bu nəticə ilə “NASDAQ” indiyədək qeydə alınmış ən yüksək üçüncü bağlanışa imza atıb. Son iki sessiyada 2,01% yüksələn indeks ilin əvvəlindən 12,41%, apreldəki 2025-in minimum həddindən isə 42%-dən çox dəyər qazanıb.
Bazarın genişmiqyaslı rallisi investorların yeni açıqlanacaq ABŞ qeyri-kənd təsərrüfatı məşğulluq göstəricilərini gözlədiyi bir vaxtda baş verib. “S&P 500”ün yeni zirvəsi və digər əsas indekslərin güclü performansı investor nikbinliyinin yenidən artdığını göstərir.