
Qızıl bazarında tarazlıq axtarışı
Qlobal birjalarda narahatlıq davam edir
Qlobal birjalarda narahatlıq davam edir
Birjalar çökür, məşhur şirkətlərin hissələri və kriptovalyutalar həddindən artıq ucuzlaşdı
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Günahkar iqlim dəyişikliyidir?
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
ETF axınları və FED faiz endirimləri büdcəyə 990 milyard əlavə gəlir gətirəcək
Vergilər Pekinə cavabdır
ABŞ rəhbərliyində anlaşmazlıq qiymətli metalı günbəgün bahalaşdırdı
Məşğulluq məlumatları açıqlanmadan öncə qlobal bazarlarda müsbət ab-hava hökm sürür. ABŞ-da S&P 500 indeksi 1%-ə yaxın artaraq rekordunu yeniləyib.
Yeni ticarət gününə də ABŞ indeks fyuçersləri yüksəlişlə başlayıb. Bu isə Avropa səhmlərində güclü açılışa işarə edir. Asiya bazarlarında da optimizm müşahidə olunub. Cümə axşamı enişdən sonra Çin səhmlərinin toparlanması ilə MSCI Asiya Sakit okean indeksi 0,7% yüksəlib. ABŞ xəzinə kağızları bazarında göstəricilər nisbətən sabit qalsa da, 2 illik istiqrazların gəlirliliyi son bir ilin minimumuna yaxınlaşıb. Dollar isə inkişaf etmiş ölkələrin valyutaları qarşısında zəifləyib. “Bloomberg Dollar İndeksi” 0,1% geriləyib.
“Bloomberg” sorğusuna görə, analitiklərin ortaq proqnozu avqust ayında ABŞ-da 75 min yeni qeyri-kənd təsərrüfatı iş yerinin açılmasıdır. İşsizlik nisbətinin isə 4,3%-ə yüksələcəyi və bunun 2021-dən bəri ən yüksək göstərici olacağı gözlənilir.
Məlumatın gözləntilərdən yuxarı və ya aşağı gəlməsi, ilk növbədə istiqraz bazarlarına ciddi təsir göstərəcək. “Brandywine Global Investment Management”ın portfel meneceri Cek Makintayr (Jack McIntyre) bildirib ki, “Fed”in faiz endirimi üçün həddi aşağıdır və yaxın aylarda da azaldılacağı gözlənilir. Onun sözlərinə görə, əsas risk güclü məşğulluq məlumatı açıqlanacağı halda istiqraz gəlirliliyinin yüksəlməsidir.
“AlphaSimplex Group”un baş strateqi və portfel meneceri Katrin Kaminski (Kathryn Kaminski) isə çox zəif göstəricilərin qısamüddətli istiqrazlarda dəyər artımını davam etdirəcəyini proqnozlaşdırır. Amma o qeyd edir ki, uzunmüddətli istiqrazlar daha çox Donald Trampın tarifləri kimi amillərdən təsirlənir və zəif məlumat bütün müddətlərdə eyni siqnal verməyə bilər.
Opsion bazarı da istiqrazlarda böyük hərəkətlərə hazırlaşır. Ötən ay “breakeven” kontraktlarında hər iki istiqamətdə 7 baza bəndi oynaq gözləntiləri önə çıxmışdısa, indi bu rəqəm 10 baza bəndinə yüksəlib. Verinin dollar üzərində də təsirli olması gözlənilir.
“Wells Fargo” strateqi Aroop Çatterci (Aroop Chatterjee) deyib: “Bazar, göstəricinin dolların dəyər itirməsinə səbəb olacağını gözləyir. Amma əgər məlumatlar ilin qalanında FED-in daha az yumşalma addımı atacağına işarə edərsə, bu halda dollar əksinə möhkəmlənə bilər”.