
Kriptovalyuta bazarlarında xaos
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ABŞ prezidenti Liza Kuku hələlik vəzifədən kənarlaşdıra bilməyəcək
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
FED-in yumşaq siyasəti “Goldman Sachs”da nikbinlik yaradıb
Hammak sərtləşmə, Bouman isə yumşalma tərəfdarıdır
Yeni üzvün faiz endirimi çağırışı birmənalı qarşılanmır
FED üzvü Loqandan yeni faiz siyasəti çıxışı
Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı
BMF: “Faiz siyasətini endirmək üçün imkan var”
Gələn həftə faiz endirilməsi demək olar ki, qətiləşib
ABŞ prezidenti Cia Kobun qərarından şikayət etdi
ABŞ Prezidenti Donald Trampın ABŞ Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyəti üzvlüyünə namizəd göstərdiyi Stiven Miran (Stephen Miran) bildirib ki, mərkəzi bankın əsas vəzifəsi iqtisadi böhranların və hiperinflyasiyanın qarşısını almaqdır. Onun sözlərinə görə, pul siyasətinin müstəqilliyi bu məqsədə çatmaq üçün həlledici əhəmiyyət daşıyır və o, bu müstəqilliyi qorumaqda qərarlıdır.
Miranın çıxışının mətni ABŞ Senatının Bank, Mənzil və Şəhərsalma Komitəsində sabah keçiriləcək dinləmə öncəsi dərc olunub.
Senat tərəfindən təsdiqləndiyi halda Miran, ötən ay vəzifəsindən
ayrılan Adriana Kuqlerin boş qalan yerinə təyin olunacaq. O, çıxışında FED-in
rolunu vurğulayaraq qeyd edib:
“Federal Açıq Bazar Komitəsi çox mühüm missiyası olan müstəqil bir qurumdur. Mən
də bu müstəqilliyi qorumaq və Amerika xalqına əlimdən gələnin ən yaxşısını təqdim
etmək niyyətindəyəm”.
Miran əlavə edib ki, Senat təsdiqi halında, Konqresin verdiyi səlahiyyətlər çərçivəsində üzərinə düşən məsuliyyətləri dəqiqliklə yerinə yetirməyi planlaşdırır.
Xatırladaq ki, Donald Tramp ötən ay Miranı 31 yanvar 2026-cı ilədək vəzifə müddəti ilə FED İdarə Heyəti üzvlüyünə namizəd irəli sürmüşdü. Tramp bu müddətdə vəzifə üçün daimi namizəd müəyyən etmək istiqamətində işlərin davam edəcəyini də bildirmişdi.