
Akif Çovdarov ölüm ayağında
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr...
Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»
Eldar Mahmudovun vəzifədən azad olunduqdan sonra ilk fotosu
MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?
Sabiq MTN rəhbəri keçmiş köməkçisinin həbsi ilə əlaqədar dindirilib
Keçmiş MTN məmuru hər şeyini itirdi - 19 mükafat, bir orden, iki medal, general-mayor rütbəsi alındı və 33 milyonluq əmlakı isə müsadirə olunacaq
Çovdarov: «... amma fikirləşdim ki, ...»
4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi
Məhkəmə «Bakı Metropoliteni»nin sabiq rəisi ilə bağlı xüsusi qərardad çıxara bilər
Çovdarovun cinayət işində Tağı Əhmədovun oğlu ilə bağlı müəmma...
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, həbsdəki general Elçin Quliyevdən «çox şeyi danışacam» anonsu
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye; ortalıqda 200 milyon dollarlıq korrupsiya faktlar var
Tağı Əhmədov: «... İmkan verin işimi görüm»
Tağı Əhmədovun həyat yoldaşı ərinin milyonları barədə
«Təxmini 200 milyon mənimsəmişdi, dərindən yoxlanılsaydı, bu rəqəm bir neçə dəfə arta bilərdi»
«Terrorçuluq, eləcə də onu doğuran təzahürlər, o cümlədən ekstremist və kriminal strukturlar dövlətlərin sabitliyinə və milli mənafelərinə başlıca təhdidlərdir». «Trend»in sorğusuna cavab olaraq Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən bildiriblər ki, bunu milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov Moskvada beynəlxalq və regional təhlükəsizliyə, o cümlədən dini və siyasi ekstremizmin, habelə bu cür hüquqazidd təzahürlərin, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin doğurduğu təhdidlərin qarşısının alınması sahəsində təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi perspektivlərinin müzakirəsinə həsr olunmuş MDB iştirakçı dövlətlərinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin XIII iclasında çıxışı zamanı deyib.
İclasda məruzə ilə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Mahmudov regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri tərəfindən təhlükə barədə əldə edilmiş qabaqlayıcı məlumatların vaxtında tərəfdaşlara ötürülməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Nazir MDB iştirakçı dövlətlərin xüsusi xidmət orqanları arasında son dövrlər dinamik surətdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirib. O, həmçinin müşavirənin XIII iclası çərçivəsində aparılmış müzakirələrin əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyini, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin effektliliyinin yüksəlməsinə xidmət edəcəyini vurğulayıb.
Müşavirənin XIII iclasının yekunları üzrə qəbul olunmuş Memorandumda təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərləri MDB ölkələrinin xarici təhlükəsizliyinə mümkün təhdidlərə qarşı keyfiyyətli və dövrün tələblərinə uyğun mübarizənin aparılması məqsədilə gələcəkdə daha yeni və səmərəli iki və çoxtərəfli qarşılıqlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və genişləndirilməsi işində qətiyyətli olduqlarını bəyan ediblər.