
Mars dərinliyində təəccüblü kəşf
Qırmızı Planetin haqqında bilinənlər dəyişir, Yer kürəsi ilə oxşarlığı diqqət çəkdi
Qırmızı Planetin haqqında bilinənlər dəyişir, Yer kürəsi ilə oxşarlığı diqqət çəkdi
“Şəhər qatilı” asteroid sabah Yerə yaxınlaşacaq
Alimlər Marsın içində nə olduğunu aydınlaşdırdı
Yer, Günəş və Ay tam bir xətt üzrə yerləşəcək
“Göy üzünü Ay kimi işıqlandırdı”
Planet ətrafında hərəkət edən və adı qoyulmayan göy cisminin sayı 29-a çatdı
Qırmızı planetdə yaşam üçün tarix verildi
Planetin tədqiqatı yeni bir maye sinfini ortaya çıxardı
Evin üstünə düşən meteorit Yer planetindən daha qədim çıxdı
Harvardlı alimdən NASA-ya ulduzlararası cisim çağırışı
Tulsi Qabbardın “yadplanetlilərə inanıram” deməsi nəyə işarədir?
Zaman haqqında mübahisəli fikirlər
Stiven Hokinqin yadplanetli xəbərdarlığı gerçəkləşirmi?
Yer üzündəki həyatın kosmik mənşəli ola biləcəyinə dair yeni sübutlar tapılıb
60 ildir ölü olan NASA peykindən Yerə “zombi siqnalı”
Onu nə vaxt və harada izləmək olar?
«Apollon 11» - Apollon proqramı çərçivəsində insanın Ay səthinə enməsinin həyata keçirildiyi ilk uğurlu missiya. Məlumata görə, bu uçuş Apollon layihəsi üzrə təşkil olunmuş beşinci kosmik uçuş olmaqla, əvvəlki 4 sınaq uçuşunun uğurlu yekunu idi.
45 il öncə 1969-cu il iyulun 16-da Saturn V raketi vasitəsilə Keyp Kennedi kosmodromundan qalxan «Apollon 11»in heyəti komandir Neyl Alden Armstronq, idarə modulunun pilotu Maykl Kollins və ay modulunun pilotu Edvin Yucin Oldrindən ibarət idi. İyulun 20-də «İql» (Eagle) adlı Ay moduluna keçən Armstronq və Oldrin iyulun 21-də səhərin erkən saatlarında Aya ayaq basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən İdarəetmə modulunda qaldı. Ayın səthinə ilk addım atan Neyl Armstronq həmin an demişdi: «Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün isə böyük bir sıçrayışdır».
Bəs görəsən insanın aya ilk addım atması haqqında yuxarıdakı rəsmi məlumat nə dərəcədə doğrudur? ANS PRESS-in xəbərinə görə, bu gün ABŞ da daxil olmaqla bir çox dünya alimləri bütün dünya tərəfindən rəsmi qəbul edilən insanlığın bu «sıçrayışını» tutarlı isbatlarla qəbul etmirlər. Onlar bunu sadəcə ABŞ-nin SSRİ-nin ilk insanı kosmosa göndərməsinə ideoloji bir cavab məcbur qalıb danışdığı böyük bir yalan kimi qiymətləndirirlər. ABŞ aya adam göndərməyi hələ bacarmasa da, Hollivud studiyaları ustalıqla bunu insanlar üçün təşkil edə bilərdi.
İsbatlar sırasında bu iddialar var ki: 1. radiasiya səviyyəsi çox yüksək olan ay səthində o vaxtkı aparatlarla belə ideal şəkillərin çəkilməsi mümkünsüzdür. 2 Ümumiyyətlə insanlığın bu günə qədər bu cür radiasiyada nəinki «Apollon 11» astronavtları kimi qaça bilmək, heç 1 saniyə qalması üçün araşdırmaları hələ də davam edir. 3. «Apollon 11» şəkillərində bir günəş işığının yerinə 3 projektor işığının aydın sezilməsi. 4. Bu qədər təkzibə baxmayaraq ABŞ-nin bir dənə belə yeni isbat göstərməməsi. Belə ki, Hazırda Marsdan belə yüksək keyfiyyətli şəkillər çəkə bilən NASA-nın nədənsə ayda saxlanılan «Apollon 11» gəmisinin bir dənə də olsun yeni şəklini təqdim etməməsi şübhə doğurur. 5. Və nəhayət məşhur bayraq isbatı. Bildiyimiz kimi hava olmayan ay səthində ABŞ bayrağının küləklə dalğalanmasının necə mümkün olması sualına NASA-dan bir dənə belə nəinki tutarlı heç tutarsız da cavab gəlməyib.