vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MƏMLƏKƏT  
Göygöl zil qaranlıqda 09:42 | 3 avqust 2014 | Bazar Məqaləyə 2767 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Göygöl zil qaranlıqda

Hacıkənddəki istirahət mərkəzləri daş dövrünə qayıdıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən günorta saatlarından Göygöl rayonunun Hacıkənd ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərinə verilən elektrik enerjisi söndürülüb. Rayonun Aşıqlı kəndi ilə Toğanalı kəndi arasında olan ərazidə fəaliyyət göstərən bütün istirahət müəssisələri iflic olub.

Bu barədə Modern.az saytına Göygöldən məlumat verilib. Bu gün 40-dan artıq sahibkar məsələ ilə bağlı Göygöl Elektrik Şəbəkəsində olublar. İdarədən şikayətçilərə bildiriblər ki, məsələ onlarla bağlı deyil. Eyni zamanda yaxın zamanlarda həmin obyektlərə elektrik enerjisinin veriləcəyinə söz verilməyib. Sahibkarlar məsələ ilə bağlı yuxarı instansiyalara müraciət edəcəklərini bildiriblər.