
“Savaş və Duman”
Bir kitabdan daha artığı
Bir kitabdan daha artığı
...Yaxud çadır həyatının təəssüratları
Tanrı dərgahı kimi ...
Yazıçı-döyüşçünün xatirələri
Rayonda tikiləcək yaşayış binalarının əsası qoyulur
Hadisə Füzuli rayonunda xidmətdən kənar vaxtda baş verib
Ən çox ziyan Ağcakənd qəsəbəsinə dəyib
Hərbi Prokurorluqda cinayət işi açılıb
Hərbu qulluqçular ağır xəstəlikdən əziyyət çəkirdi
Pirlərdə məskunlaşanların əksəriyyəti yaşayış məntəqəsini tərk edib
Daha bir sabiq idarə rəisi həbs edilib
Polkovnik Qurbanov mənimsəmədə ittiham olunur
“Bu gün DTX ordudakı fırıldaqları ifşa etməklə Azərbaycan xalqına yeni töhfə vermiş oldu”
4 yüksək rütbəli zabit həbs edildi
“Tərtər işi” üzrə 281 zərərçəkmiş müəyyən edildi, 4 nəfər həbs olundu
Biz təxribat törətmirik, təxribatları da cavabsız qoymuruq!
Son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı təsdiq olunmamış və ajiotaj doğuran məlumatlar hələ də sosial şəbəkələrdə dolaşmaqdadır. Bu cür məlumatların təsdiq olunmadığını bilə-bilə hələ də həmin məlumatları tirajlayıb yayanlar var.
Müdafiə Nazirliyi əhalidə təşviş yaradan məlumatların yayılması məsələsi ilə bağlı açıqlama verib.
«Müdafiə Nazirliyinin dəfələrlə ictimai təşkilatlara, media qurumlarına və sosial şəbəkə istifadəçilərinə müraciəti olub ki, rəsmi mənbələrdən başqa, təsdiq olunmamış xəbərləri yaymasınlar».
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Milli.Az-a bildirib.
«Ən azı, 4 dəfə rəsmi məlumat olub. Bundan başqa, bizimlə əlaqə saxlayan hər bir jurnalistə bu barədə bildirmişik», - o əlavə edib.
«Hər yazan jurnalist olmur», - deyən nazirlik rəsmisi əlavə edib ki, cəmiyyətdə narahatlıq yaradanlar təsdiq olunmamış məlumatları yazanlardır.
«Hər bir vətəndaş, həm bu cür məlumatları yazan, həm də onu götürüb sosial şəbəkələrdə tirajlayanlar gərək bunu əvvəlcədən düşünsünlər. Dövlət strukturlarından nəsə tələb etməzdən əvvəl özü o haqda vətəndaş olaraq fikirləşməlidir. Hüquqi müstəvidən əvvəl hər bir vətəndaş özü bu barədə düşünməlidir», - V.Dərgahlı vurğulayıb.