
“Qaçqınları Avropaya buraxacağıq” ...
... deyən Ankara Brüsselin boğazından yapışıb
... deyən Ankara Brüsselin boğazından yapışıb
Avropa İttifaqı Azərbaycanı Rusiya təbliğatından qoruyacaq
1000-2000 manat gəliri olan sahibkarın pulundan 15-20 manat yoxsulun maaşına əlavə etmək ədalətlidir
Yaşar Aydəmirov: «Cəfəngiyatdır, bu sistemlər hava hücumundan müdafiə üçün nəzərdə tutulmayıb»
Putinin boyunduruqlu Sərksiyanı çoxməchullu tənliklə üzbəüz - bir-birinə zidd Brüssel-Moskva anlaşmaları ...
... və Azərbaycanda ondan istifadə nə dərəcədə realdır?
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana kredit ayırır
Separatizm, yoxsa populizm?
DSMF-nin kollegiya iclası olub
Maliyyələşmə başa çatıb
Birinci kiçildikcə, ikinci böyüyür
Deputat əlillərin müavinətlərinin artırılmasını təklif etdi
Fond nazirliyin tərkibinə keçdi
Səfa Mirzəyev məhkəməyə gətirmək mümkün deyil
«Artıq Siz plastik kartlarınız vasitəsi ilə 100 manat məbləğində kredit götürə biləcəksiniz»
«Qazprom» vaxtı uzatdı
«Qeyri-dövlət pensiya təminatının və sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi pensiya vəsaitlərinin maliyyə bazarına cəlb olunması və investisiyalara yönəldilməsini aktuallaşdırır». ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev məlumat verib.
E.Mehdiyev bildirib ki, qeyd edilən sahənin formalaşdırılması və inkişaf etdirilməsində yerləşdirilən vəsaitlərin qorunması, investisiya portfelinin strukturunun etibarlılıq, gəlirlilik, diversifikasiya, likvidlik və digər vacib amillər əsasında müəyyən edilməsi, peşəkar idarəetmə sisteminin, habelə məlumat açıqlığının və şəffaflığın təmin edilməsi və sair bu kimi başlıca prinsiplərin əsas götürülməsi zəruridir.
DSMF sədri həmçinin diqqətə çatdırıb ki, beynəlxalq praktikaya əsasən pensiya vəsaitlərinin yerləşdirilməsi ilə bağlı investisiya siyasəti müəyyənləşdirilərkən bir sıra mühüm əhəmiyyət kəsb edən amillərin mümkün təsiri diqqətlə öyrənilməlidir. Belə ki, bir tərəfdən pensiya sistemlərinin öz iştirakçılarını gələcəkdə yüksək pensiya gəliri ilə təmin etmək məqsədi daha aktiv investisiya fəaliyyətini stimullaşdırır. Digər tərəfdən isə pensiya vəsaitlərinin qorunmasının təmin edilməsi vəsaitlərin yerləşdirilməsi üzrə müxtəlif məhdudiyyətlərin tətbiqini, ehtiyatlılıq prinsipinə əməl olunmasını zəruri edir.
Sədr qeyd edilən məsələlərin adekvat həlli üçün balanslaşdırılmış investisiya siyasətinin müəyyən olunması, habelə risklərin idarə edilməsi üzrə effektiv sistem və prosedurların işlənməsinin vacib olduğunu vurğulayıb. E. Mehdiyev qeyd edib ki, bütün bunların hazırda fəaliyyət göstərən DSMF və Avropa İttifaqının birgə layihəsi çərçivəsində beynəlxalq ekspertlər tərəfindən araşdırılması nəzərdə tutulur.