
Min yaşı olan təhsil məbədi
Onun tələbələri arasında 30 dövlət başçısı, 160 olimpiya medalçısı var
Onun tələbələri arasında 30 dövlət başçısı, 160 olimpiya medalçısı var
Nərgiz Paşayeva: “Çağdaş dünyada xarici görünüşün ştamp tendensiyası meydana gəlib”
Professor Nərgiz Paşayeva Universitetinin Bodleyn Kitabxanasının direktoru Riçard Ovendenlə görüşüb
Onların istiqamət qabiliyyətində «iybilmə rol oynayır»
Əflatun Amaşov: «... əmim isə almanlara əsir düşərək, Avropada qalıb»
Onda insanlar yalnız həftədə bir dəfə heyvani qidalar yemək qənaətinə gələcək
Tələbələrinə nailiyyətin sirlərini aşılayan Şərqin ilk universiteti nüfuzlu ali məktəblər arasında
Nərgiz Paşayevanın qızı Bakının nüfuzlu məhəlləsini nüfuzlu sərgisinə çıxarır
Nərgiz Paşayeva Oksford alimləri ilə Nizami irsinə yeni yol açır
AMEA-da seçkilər keçirildi
«Uşaqlarınızın qidalanmasına fikir verin»
Jurnalistlərə xəyal edəcəkləri imkanlar vəd olunur
Nəşriyyat evi bu gün media nümayəndələri ilə görüşür
M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva AzərTAc agentliyinə müsahibə verib.
Nərgiz Paşayeva müsahibədə dünyanın ən qədim və nüfuzlu təhsil ocaqlarından sayılan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasından danışıb. Onun sözlərinə görə, Oksford Universitetinin alimləri ilə bərabər mərkəz haqqında bir il fikir mübadiləsi aparılıb: «Bu müddət ərzində bir neçə görüşlərimiz olub. Nəticə olaraq biz 2015-2020-ci illəri əhatə edən tədris və elmi proqramı hazırlamışıq. Bu proqram Oksford Universitetinin Şərqşünaslıq İnstitutu tərəfindən bəyənilərək qəbul edilib. Uğurlarımızın kökü ondadır ki, bizim istək və təşəbbüsümüz nəticəsində bu layihə ilə Azərbaycan elmini, ictimai fikrini, müasir elm potensialını nəhayət, dünya elmi müstəvisinə çıxarmağa nail oluruq.
Bu mərkəzin dahi Nizaminin adını daşıması da simvolikdir. Bizim təqdimatımızda Nizami birləşdirici bir simvol olmalıdır. Şeyx Nizami dar çərçivəyə, dar coğrafi, etnik mülahizəyə sığan fiqur deyil, böyük Şərqin böyük mütəfəkkiridir. Bununla bərabər, o, dünya mədəniyyətinin görkəmli numayəndəsidir. Oksfordun qanun və qaydalarına uyğun olaraq yaratdığımız mərkəz artıq onun qəbul edilmiş tərkib hissəsinə çevrilmək imkanını əldə edib. Bu isə böyük nailliyyətdir!
Nərgiz Paşayeva və Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru Robert Hoyland
Bizdə bir gözəl məsəl var: «Zər qədrini, zərgər bilər». Bu elmi mərkəz bir zərdir və bu zərin qədrini həqiqi, əsl elm fədailəri biləcəklər. Mərkəzin mühüm cəhətlərindən biri də odur ki, biz bir yol açırıq, baslanğıcda biz varıq və bu, keçici xarakter daşımır. Bu, perspektivli layihədir, davamçıları gənc alimlərimiz, aspirantlarımız olmalıdır. Mərkəzin adından da aydın olur ki, qafqazşünaslıq dedikdə ədəbiyyatşünaslıq, şərqşünaslıqdan başqa biz bir çox ixtisaslar - tarix, arxeologiya, diyarşünaslıq üzrə araşdırmalar, tədqiqatlar aparmağı nəzərdə tutmuşuq. Universitetlə bağlı olan hər kəsin üzərinə böyük bir missiya düşür. Qoy bu yolda bizə həmişə uğur nəsib olsun».
Qeyd edək ki, professor Nərgiz Paşayeva ilə Oksford Universiteti arasında birgə təşəbbüsün nəticəsi olaraq 2013-cü il oktyabrın 28-də Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.