
5 il sonra hansı ixtisaslar olacaq?
“Boloniya” sistemi tədrisin təşkilinin formasıdır, məzmun və metodika deyil
“Boloniya” sistemi tədrisin təşkilinin formasıdır, məzmun və metodika deyil
XXI əsrdə universitetlərinin pəncərələrindən səhərə qədər işıq gələn cəmiyyətlər irəli gedəcək
Məleykə Abbaszadə: «Pozuntu halları barədə Prezidentə məlumat veriləcək»
Dövlət qulluğunda daha çox hansı kadrlara ehtiyac var?
Abituriyent eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak edə bilər
«... Hüquqi məsələlərin həlli istiqamətində işlər aparılır»
Məleykə Abbaszadə: «Reallığı dərk edərək iş görmək lazımdır»
Məleykə Abbaszadə buraxılış imtahanlarının yeni qaydaları barədə
«9-cu sinfi «2»-«3» qiymətlə bitirən şagirdlərin 30 faizi məktəbdən çıxır»
«Yeni qurum haqqında indidən danışmaq tezdir»
Keçmiş TQDK sədri yeni quruma başçılıq edəcək
Məleykə Abbaszadə Elnur Nağızadədən danışdı
Məleykə Abbaszadə abituriyentləri sakitləşdirdi
III və IV qrup üzrə qabiliyyət tələb edən ali məktəb ixtisaslarına imtahansız qəbul aparılacaq
Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin 385-i Azərbaycan Tibb Universitetinə daxil olub
«Bu təkcə bir məktəbdə aşkarlanan 4 saxta diplomdan birdir»
Bu il ali məktəblərə qəbul müsabiqəsində iştirak etmək üçün minimal bal həddi ötən il olduğu kimi, yenə də 200 olacaq. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bu bal həddi ümumi qrup üzrə müsabiqədə iştirak etmək üçündür: «Ancaq ötən il olduğu kimi, bu il də bəzi ixtisaslar üzrə qəbul üçün bal həddi daha yüksək olacaq. Bununla əlaqədar Təhsil Nazirliyindən hələlik heç bir təklif almamışıq. Amma biz hər il müsabiqə şərtlərini elan edəndə dövlət sifarişli yerlər və ödənişli yerlərdə mütləq fərq qoyuruq. Müsabiqədə iştirak etmək üçün minimal bal həddi 200-dürsə, dövlət sifarişli yerlərdə bu bal 300-350-dən yüksək olur».
Şura sədri əlavə edib ki, müsabiqə şərtlərinin yaxın iki həftə ərzində elan edilməsi nəzərdə tutulur.
M.Abbaszadə bildirib ki, ali məktəblərə qəbul planı ötən illə müqayisədə 7 faiz artıb. Bu artım qruplar üzrə müxtəlifdir. I qrup üzrə qəbul planı 12 faiz, II qrup üzrə 7 faiz, III qrupda təxminən 2 faiz, IV qrupda isə təxminən 6 faiz artıb.