
Abituriyentin motivasiyası
Kommunikasiya bacarıqlarını qiymətləndirən çoxölçülü model yaradılmalıdır
Kommunikasiya bacarıqlarını qiymətləndirən çoxölçülü model yaradılmalıdır
10 mindən çox apelyasiya təkcə texniki deyil, sistemli problemlərin göstəricisidir
DİM-dən açıqlama
DİM prosesi təhsil və karyera uğurunun yeganə kriteriyasına çevirib
Mərkəz mübahisəli qərarlarını heç bir şəffaf nəzarət olmadan verməyə çalışır
Sadəcə texniki yanlışlıq deyil – səhlənkarlıq, məsuliyyətsizlik, tərbiyəsizlikdir
Dərslər yalnız test kitabçalarına uyğun tədris edilir; təlim-tərbiyə prosesi yoxa çıxır
Bütün təhsil prosesi bir nöqtəyə – bal toplamağa fokuslanıb
Xidmət haqqı nəyə görə alınır?
DİM keyfiyyətsiz sistemləri ilə abituriyentlərin gələcəyini riskə atır
“Boloniya” sistemi tədrisin təşkilinin formasıdır, məzmun və metodika deyil
Dünyadakı inkişafla ayaqlaşmayan DİM urvatsız testlərin tərtib edir
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
DİM-dən xəbərdarlıq
Qəbul imtahanlarında köməkçi sözlər üzərində qurulan “test tapşırıqları” və “sertifikat biznesi”
Abituriyentlərin 700 bal toplaya bilməmə sirrinin açılması qalmaqal yaradıb
«Hamı deyir, imtahanlar asan olsun. Amma biz istəyirik ki, riyaziyyat müəllimliyinə gedən riyaziyyat fənnini bilsin. Reallığı dərk edərək iş görmək lazımdır».
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, ali məktəb müəllimləri abituriyentləri qəbul edəndə onların bilik səviyyəsindən narazılıq edirlər: «Baxmayaraq ki, abituriyent 300-400 bal toplayır, yenə də ali məktəb müəllimləri narazıdırlar. Çünki abituriyentlər mətni oxuyub anlamırlar. Abituriyentlər yalnız test suallarına cavab verir. Kurikkuluma keçid düzgün aparılsaydı, bu uşaqların xeyrinə olacaqdı. Ümidvarıq ki, indi apardığımız işlər müəllimləri də, şagirdləri də düzgün istiqamətdə işləməyə vadar edəcək».
M. Abbaszadə qeyd edib ki, buraxılış imtahanlarına proqramdan kənar heç bir sual daxil edilməyib: «IX və XI sinfin buraxılış imtahanlarının buraxılış imtahanlarının nəticələrinin müqayisəsini aparırıq. Regionlar üzrə IX sinifdə bir regionda bir fəndən orta statistik göstərici 15 faizdirsə, iki il sonra XI sinifdə bu rəqəm 25-30 faiz olur. Bu isə deməkdir ki, 9 il bu uşaq nə ilə məşğul olubsa, ona uyğun nəticə göstərir. Qarşıdakı 2 il ərzində ali məktəbə hazırlaşanda səviyyəni 25-30 faiz qaldırmaq mümkündür. Bünövrə sıfırdırsa, 50 faiz nəticə göstərmək mümkün deyil. Bu il nə qədər yer boş qaldı, heç ora sənəd verən olmadı. Şagirdlərin nəticələri aşağı olanda isə Rusiya və Ukraynanın ali məktəblərinə üz tuturlar».