Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:27 | 25 oktyabr 2016 | Çərşənbə axşamı
Məqaləyə 1018 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
Növbəti 5 ildə temperatur rekordları qırıla bilər
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Proqramda urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzuları müzakirə olunur
BMT-nin Bakıda keçirilən forumu beynəlxalq medianın diqqət mərkəzində
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
Beynəlxalq Dayanıqlı İnkişaf üçün Enerji Təşkilatının rəhbəri Dr. Qustav R. Qrob «Gündəlik Avrasiya»ya eksklüziv müsahibə verib. Vaxt.az müsahibəni təqdim edir.
- Bakıda «Dayanıqlı inkişaf üçün enerji» VII beynəlxalq forumu keçirilir. Bu haqda nə deyə bilərsiniz?
- Azərbaycanın Avropa və Avrasiyanın tam ortasında yerləşməsi iki qitə arasında möhtəşəm bir körpü rolunu oynayır. Avrasiya davamlı böyük enerji ehtiyatlarına malikdir. Məsələn, Pakistan Paris müqaviləsinin bütün maddələrini ödəyəcək gücə sahibdir. Mənim Çin, Hindistan kimi böyük dövlətlər daxil olmaqla, bu regiona tövsiyəm investisiyalarını silaha deyil, davamlı enerji mənbələrinə yatırmaqdır. Niyə bir-birinizi öldürmək istəyirsiniz? Hindistan bundan əvvəl Rusiya ilə müqavilə imzaladı. Milyard dollarını silaha yatırdı. Digər tərəfdən, Çin silahlara böyük miqdarda pul xərcləyir.
- Amma ABŞ da dünyanın ən böyük silah satıcısıdır və silahlara çox sərmayə qoyur.
- Bəli, bilirəm. Bu dəyişmək məcburiyyətindədir. Mən bunun təkcə Birləşmiş Millətlər vasitəsilə dəyişəcəyini hesab edirəm. BMT-nin təşəbbüsü ilə Paris Müqaviləsi inkişaf üçün böyük bir ümiddir.
- Gələcəyin enerjisi necə olacaq, dayanaqlı enerji gələcəyin enerjisi ola bilərmi?
- Hər kəs fikirləşir ki, nüvə enerjisi həll yoludur. Bu iqtisadi cəhətdən çox bahalı və çox riskli həll yoludur. Bu Fukusima kimi risklidir. Bu texnologiya, Birləşmiş Millətlər tərəfindən qadağan olunmalıdır.
- Cənubi Qafqaz, MDB ölkələri və Orta Asiyada bu davamlı enerji alternativlərinin potensialını necə qiymətləndirirsiniz?
- Əlbəttə, Qazaxıstan, Azərbaycan kimi bəzi ölkələrin bəzi neft və qaz ehtiyatları var. Pakistan Cənubi Çində təmiz enerji sistemləri yaradır. Mənim ümidim, gələcək nəslin daha yaxşı işlərə imza atacağıdır.
- Davamlı enerji ölkələr arasında gedən münaqişədə həll aləti kimi işlədilə bilərmi?
- Qətiyyən, indi Suriyada müharibə gedir. İŞİD torpaq sərvətlərini oğurlamaqla apardığı əməliyyatları maliyyələşdirir. Tarixdə bir çox müharibələr torpaq üstündə baş verib. Hitler ölkələri mənbələrinə, ehtiyatlarına görə işğal etmək istəyirdi. Hətta Əfqanıstanda baş verənlər də bir neft müharibəsi idi. Səudiyyə Ərəbistanı şeyxi Yamaninin belə bir sözü var: «Daş dövrü daş çatışmazlığından bitmədi, eyni şəkildə neft dövrü də neft çatışmazlığından bitməyəcək, yeni texnologiya vasitəsilə başa çatacaq».