
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Millət vəkili həyəcan təbili çalır
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Milli Məclisin (MM) bu gün keçirilən iclasında «Məktəbəqədər təhsil haqqında» qanun layihəsi müzakirəyə çıxarılıb.
Gununsesi.info xəbər verir ki, layihə barədə danışan MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibəyli bildirib ki, layihənin hazırlanmasında İsveç, Finlandiya, Ukraynanın və digər bir neçə ölkənin təcrübəsindən istifadə olunub. 5 fəsil 24 maddədən ibarət olan layihədə məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyənləşib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meylli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir. Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ məktəbəqədər təhsil müəssisələri olacaq. Qanun layihəsinə əsasən, Azərbaycanda bütün məktəbəqədər təhsil müəssisələri üçün xüsusi razılıq (lisenziya) müddətsiz veriləcək. Məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası və attestasiyası da aparılacaq. Layihədə o da bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.
Birinci vitse-spiker Ziyafət Əsgərov söz alaraq həmkarına irad bildirib: «İsa Həbibəyli, qanun layihəsi barədə məlumat verdiniz. Amma burda heç yazılmayıb ki, məktəbəqədər təhsil anlayışı nə deməkdir? Layihədə bu barədə məlumat yoxdur, siz də açıqlamadınız. Müxtəlif terminlər var, amma ən lazım olan anlayışın mənası yoxdur. O zaman biz bu qanunu neyləyirik? İkinci sualım odur ki, məktəbəqədər təhsil ilə uşaq bağçasının fərqi nədir? Uşaq əlifbanı məktəbə qədər öyrənəcəksə, o zaman birinci sinifdə nə öyrənəcək? Qanunda bunların heç biri göstərilməyib və qaranlıqdır».