
Seçilmiş əsərlərimə son söz
Keçdiyimiz yol, sevincli, kədərli, təzadlı taleyimiz ilham qaynağım olub
Keçdiyimiz yol, sevincli, kədərli, təzadlı taleyimiz ilham qaynağım olub
Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Millət vəkili həyəcan təbili çalır
Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər. Milli Məclis üzvlərinə silahın verilməsi ilk olaraq 1997-ci il dekabrın 30-da qəbul edilən «Xidməti və mülki silah haqqında» Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» qanuna əlavələr edilib. Bəs deputatlarımız silahlardan hansı hallarda istifadə edə bilər?
Məsələ ilə bağlı keçmiş deputat, hüquqşünas, Əliməmməd Nuriyev Modern.az-a danışıb. Əliməmməd Nuriyev bildirib ki, silah haqqında qanuna görə deputatların silah gəzdirmək hüququ var.
«Mənim düşüncəmə görə, deputat yalnız o hallarda silah gəzdirmək üçün icazə almalıdır ki, hansısa real təhlükələr var. Azərbaycanda bunun üçün bir zəmin görmürəm. Ən azından deputatın həyatına ciddi bir təhlükə yoxdur. Eyni zamanda Azərbaycanın hüquq mühafizə orqanları elə bir şərait yaradıblar ki, deputatın və digər şəxslərin həyatına təhlükə yaradacaq şəxslər yoxdur. Əlbəttə ki, ölkəmizdə də cinayətkarlar var. Cinayətkarlar hamıya münasibətdə eyni davranış göstərə bilərlər. Ancaq vətəndaşların mülkiyyəti və həyatını ehtimal olunan mümkün qəsdlərdən ehtiyatlı surətdə hüquq-mühafizə orqanları tərəfindən qorunur. Ümumilikdə Azərbaycan cəmiyyətinin həyatı üçün təhlükə yoxdur».
Hüquqşünasın sözlərinə görə, deputatların silah gəzdirmə hüquqları xarici ölkələrin təcrübəsində də var.
«Mənim bildiyim qədəri ilə hal-hazırda deputatlarımızın 90 faizdən çoxu hər hansı silahla bağlı müraciət etməyib və silah gəzdirmir. Məşhur bir deyim var: «Divardan asılan tüfəng bir gün açıla bilər». Ona görə də ən yaxşısı silahdan istifadə etməməkdir. Deputatın silah alıb özünü bu üsullarla qoruması doğru deyil. Bu gün ölkəmizdə hər hansı bir şəxsin təhlükəsizliyi etibarlı şəkildə qorunur. Nəinki fərqli olaraq hərəkətlər etmək, hansısa bir vasitələrdən istifadə etmək.
Mən özüm də 5 il müddətində deputat olmuşam. Bu qanun mənim deputat olduğum dönəmdən qüvvədədir. Ancaq mən bunun üçün Daxili İşlər Nazirliyinə müraciət etmədim və bilirəm ki, həmkarlarımın əksəriyyəti də müraciət etmədi. Silahların verilməsi Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir».