
Vətəndaşlara pulsuz ev veriləcək
Məcəllə kimlərə şamil olunacaq?
Məcəllə kimlərə şamil olunacaq?
Bu il neçə vətəndaşımız ipoteka ilə ev ala biləcək?
30 illik müddətdə eniş olsa da, 15 illikdə artım var
Rusiyadan Bakıya köç çoxalıb
Pandemiyanın ABŞ-da daşınmaz əmlak bazarına təsiri
Ev dəllalları müştəriləri necə aldadır?
Ev alarkən aldanmamaq üçün nələri bilmək vacibdir?
Kimlər kirayə mənzilə sahib ola biləcəklər?
“Müəllimlərə və həkimlərə güzəştli kredit verilsin”
Bakının daşınmaz əmlak bazarında qiymətlərlə bağlı proqnoz
Bakıda 3 milyona mənzil, 10 milyona villa satılır
Türkiyədə ev almaq istəyənlərə xəbərdarlıq
Mülki Məcəllədə dəyişiklik edilir
Dünyada ən ucuz ipoteka krediti Yaponiyada verilir
Bakıdakı yeni binaların 80 faizini dövlət qeydiyyatına almırlar
... ki, hər kəsin mənzili olsun
«Azərbaycan İpoteka Fondu» Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən «Güzəştli ipoteka kreditinin verilməsi qaydası»na uyğun olaraq ASC tərəfindən kreditlərin müddəti, maksimum məbləği, faiz dərəcələri və həmçinin ipoteka kreditləri hesabına alınan yaşayış sahəsinin Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalar, ölkənin digər şəhər və rayon əraziləri üzrə 1 (bir) kvadratmetri üçün orta bazar qiymətləri müəyyən edilib.
«Azərbaycan İpoteka Fondu» ASC-dən verilən məlumata görə, kreditlərin faiz dərəcələri və müddətləri dəyişməsə də, ilkin ödəniş məbləği konkretləşdirilib, maksimal kredit məbləğ isə artırılıb. Belə ki, adi ipoteka üzrə maksimal faiz dərəcəsi 8, maksimal müddəti 25 il, güzəştli ipoteka üzrə maksimal faiz dərəcəsi 4, maksimal müddəti 30 il olaraq qalsa da, hər iki kateqoriya üzrə maksimal kredit məbləği 100 min manata qaldırılıb. İlkin ödəniş məbləği isə adi ipoteka üzrə 15-25 faiz, güzəştli ipoteka üzrə 15 faiz müəyyən edilib.
Bundan başqa, ipoteka kreditləri hesabına alınacaq yaşayış sahələrinin Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalar, ölkənin digər şəhər və rayon əraziləri üzrə 1 (bir) kvadratmetri üçün orta bazar qiymətləri müəyyən edilib.
Bakı şəhəri üzrə | |||
Zona | Orta qiymət | Zona | Orta qiymət |
1 | 3 216 | 7 | 2 022 |
2 | 2 887 | 8 | 1 716 |
3 | 3 153 | 9 | 1 608 |
4 | 2 280 | 10 | 1 458 |
5 | 1 987 | 11 | 1 207 |
6 | 2 483 | 12 | 989 |
Həmçinin Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə 1069 manat, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri üzrə 975 manat, respublikanın digər rayon (şəhər) və qəsəbələri (kəndlər) üzrə 589 manat müəyyən edilib.