
Vətəndaşlara pulsuz ev veriləcək
Məcəllə kimlərə şamil olunacaq?
Məcəllə kimlərə şamil olunacaq?
Avstraliya xarici vətəndaşlara iki il müddətinə mülk sahibi olmağı qadağan edir
Köhnə binalardan mənzil alanların sayı artıb
Rusiyadan Bakıya köç çoxalıb
Pandemiyanın ABŞ-da daşınmaz əmlak bazarına təsiri
Ödənilmiş ƏDV-nin 30 faizi geri qaytarılacaq
Ev dəllalları müştəriləri necə aldadır?
Ev alarkən aldanmamaq üçün nələri bilmək vacibdir?
Kimlər kirayə mənzilə sahib ola biləcəklər?
Alıcıların hüquqları pozulur
Bakının daşınmaz əmlak bazarında qiymətlərlə bağlı proqnoz
“Smart City - Ağıllı Şəhər”də ən son texnoloji yeniliklər tətbiq ediləcək
Yeni tikilən binalardakı mənzillər ucuzlaşır
Bakıda 3 milyona mənzil, 10 milyona villa satılır
Türkiyədə ev almaq istəyənlərə xəbərdarlıq
Mülki Məcəllədə dəyişiklik edilir
Yeni tikililərdə sahəsi geniş olan mənzillərin satış və kirayə qiymətləri ucuzlaşacaq.
Tarif Şurasının son qərarı ilə əhalı qrup üzrə elektrik enerjisinin və qazın tariflərinin differensiallaşdırılması və minimum ehtiyacdan yuxarı olan istehlaka görə qiymətlərin kəskin artırılması mənzil və mülk bazarına da təsirsiz ötüşməyəcək.
Belə ki, yeni tikililərdə və həyat evlərində geniş sahəli mənzillərin satış və kirayə qiymətləri daha ucuzlaşacaq. Buna müvafiq olaraq mərkəzləşdirilmiş istilik sisteminə malik olan köhnə tikili daş binalarda ekonom klass mənzillərin satış və kirayə qiymətlərində bahalaşma müşahidə olunacaq.
Kommunal tariflər həmçinin biznes mərkəzlərdə kirayə haqlarına artırıcı təsir göstərəcək. Mənzil bazarında baş verən qiymət dəyişiklikləri torpaq və tikinti materialları bazarında tələbatın azalmasına gətirib çıxaracaq. Bir sözlə Tarif Şurasının son qərarı tikinti sektorunda tənəzzülü daha da dərinləşdirəcək.
Məlumat üçün qeyd edim ki, 2016-cı ilin yanvar-oktyabr aylarında tikinti sektorunda istehsal keçən ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz azalıb.