
Mirşahin yeni kanal açdı
Keçmiş ANS-çilər REAL brendi altında yenidən başlayır
Keçmiş ANS-çilər REAL brendi altında yenidən başlayır
Əksəriyyəti tələblərə əməl etmir
+12, +18 və digər yaş məhdudiyyətlərinin qoyulması qaydaları açıqlandı
Televiziya efirinin toyxanaya çevrilməsi davam edir
Nuşirəvan Məhərrəmli: «Maliyyənin Milli Televiziya və Radio Şurasına ayrılmasını istəmirik»
MTRŞ-dan azan açıqlaması
MTRŞ-dan Zaur Baxşəliyevə xəbərdarlıq
«Biz fransız, ingilis deyilik ki, oturub erotik səhnəyə baxaq»
... İkisinə isə xəbərdarlıq edildi
Adam içinə çıxarılması mümkün olmayan veriliş başağrısı gətirdi
Adam içinə çıxarılması mümkün olmayan veriliş başağrısı gətirdi
«Dekabrın 20-də 10 Radio-televiziya yayım stansiyasında işləyən 65 analoq TV yayım stansiyası söndürüləcək». Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov deyib. (APA)
O bildirib ki, analoq yayımın III mərhələdə dayandırılması nəzərdə tutulan Masallı, Beyləqan, Biləsuvar, Hacıqabul rayonlarında Radio-televiziya yayım stansiyası olmadığından, onlar TV verilişlərini qonşu rayondakı TV stansiyaları vasitəsilə izləyirlər.
İ. Məmmədov qeyd edib ki, bu bölgədəki radio-televiziya yayım stansiyaların çoxu güclü TV stansiyalarıdır. Qeyd edək ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-də isə Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda, dekabrın 10-da Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV yayımı dayandırılıb və rəqəmli TV yayımı həyata keçirilir. Analoq yayımın III mərhələdə – 20 dekabrdan Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada dayandırılması nəzərdə tutulur.