
Əlahəzrət DYP
... Yaxud, yol hərəkəti qaydaları polisə aid deyil?
... Yaxud, yol hərəkəti qaydaları polisə aid deyil?
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Millət vəkili həyəcan təbili çalır
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
Bakının mərkəzi küçələrində yol nişanları dəyişdirildi
Bakının polis rəisi iki qızı qatı cinayətkarlara davranır şəkildə niyə saxladı?
Yol polisi reyd keçirdi
Sürücülərə xəbərdarlıq
Siyavuş Novruzov spikerdən siyahı istədi
Bakıda bir həftə bağlı qalacaq yolların siyahısı
Prezidentin qohumu olan iş adamına 30 sutka həbs verildi
Rüşvəti ver polisə birini də üstəlik
5 ölü, 38 yaralı
«Vətən qarşısında xidmətləri icazə vermir ki, qanunu pozsunlar»
Millət vəkili: «Büdcəni yox, ona münasibəti tənqid etmişəm»
Bu gün bəzi KİV-lərdə belə bir məlumat yayılıb ki, ötən ilin sonlarında yollardakı dəmir və beton arakəsmlərin üzərindən keçib yolun hərəkət hissəsinə çıxan piyadaların 15 günədək inzibati həbs olunması ilə bağlı Milli Məclisə göndərilən qanun layihəsi dəyişdirilib. Təklif məqbul sayılmadığı üçün başqa cərimənin tətbiq edilməsi istənilib Belə ki, həmin qayda pozuntusuna görə piyadalar həbs olunmayacaqlar. Onlar 100 manat məbləğində cərimə ediləcəklər.
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.
Tahir Kərimli bu qanun layihəsinə etirazını bildirdiyini deyib.
«Belə qanun layihəsi olmaz. Bu biabırçılıqdır. Keçmiş layihədəki nə məntiqə, nə də hüquqa sığan bir cəza idi. Cərimənin qoyulmasının yuxarı-aşağı həddi müzakirə oluna bilər. Düşünürəm ki, hələ bu gün üçün cərimənin qiyməti çox yüksəkdir. Qanuna əsasən inzibati həbs müstəsna hallarda hakim tərəfindən verilə bilər. Burada isə belə müstəsna hallar yoxdu. Yaxşı ki, belə şeylər aradan qaldırıldı. Hər bir halda inzibati həbsin aradan qaldırılmasını müsbət qiymətləndirirəm. Orada fotoşəkillər, videokadrlar ola bilər. Ancaq buna baxmayaraq, hər bir halda subyektiv mülahizədir. Elə anlar ola bilər ki, bunlar mübahisə yarada bilər, qayda pozuntusu var, ya yoxdur».
Deputat bildirib ki, onu narahat edən bəzi təkliflər də olub.
«Bu, həm də digər hüquqpozmalarla bağlıdır. Hətta hakimdən, məhkəmədən kənar orqanların cəza verməsi məsələləri gündəliyə gəlir. Bəziləri fikir səsləndirirlər ki, hətta polis və digər orqanların da inzibati həbs vermək hüquqları yaransın. Bu qəti yolverilməzdir».