
UEFA ən yaxşıları seçdi
Avropa Kubokunda çıxış edən “Qarabağ” və “Qalatasaray”ın futbolçuları dünya ulduzlarını geridə qoydu
Avropa Kubokunda çıxış edən “Qarabağ” və “Qalatasaray”ın futbolçuları dünya ulduzlarını geridə qoydu
Topu rəqibə verən “Mahmızlar” kuboku özləri götürdü
“Tottenhem” – “Mançester Yunayted” bu turnirdə finalda birinci, ümumilikdə ikinci dəfədir qarşılaşır
“Qarabağ” heç-heçəsi nə qədər xal qazandırıb?
Platini: “Ədalətin, nəhayət, zəfər çalmasına görə şadam”
Bizdən geri olan Malta da, Latviya da bizə qalib gəlir
“Neft çıxaranda Azərbaycan təhlükəli deyildi, amma ...?”
Britaniya səfiri Bakıda keçiriləcək Avropa Liqasının finalı haqda
İngiltərə KİV-i sayıqlamaları, Kloppun cahilliyi
Final günü dünya bizi dinləyib və bizi eşidəcək
Məkrli dairələr yenə hərəkətə keçdi
UEFA Bakının “qara qaşına-gözünə” vurulmayıb
Çingiz Abdullayev: ““Liverpul”un məşqçisi Azərbaycana qarşı nasistlər kimi hərəkət etdi”
Bakıda ərəbləri avropalılar əvəz edəcək
Bakıda da keçiriləcək AVRO-2020-nin mükafat fondu artırıldı
... Yaxud AFFA Kosovonu niyə seçdi?
UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu «Qarabağ»la bir qrupda yer alan İtaliyanın «Roma» klubunun azarkeşləri paytaxt təmsilçisinin bu yay baş tutan transferlərindən narazı qalıblar.
Futbolinfo.az xəbər verir ki, «canavarlar»ın fanatları hədəf kimi klubun idman direktoru Monçini seçiblər. Onlar hesab edirlər ki, «Roma»da bu ildən idman direktoru kimi çalışan ispaniyalı mütəxəssis klubun pulunu hədər yerə dağıtmaqla məşğul olub.
Məsələyə münasibət bildirən Monçi isə bəyan edib ki, onun bu yay üçün əsas hədəflərindən biri «Roma»nın liderlərini komandada saxlamaq olub.
«Roma»nın bu yay üçün həyata keçirdiyi transfer siyasətinə gəlincə, paytaxt klubu satdığı və ya icarəyə göndərdiyi oyunçulardan bütövlükdə 150,45 milyon avro qazanıb. Heyətə cəlb olunan futbolçular üçün isə 125,65 milyon avro xərclənib.
Maraq üçün qeyd edək ki, «Roma» bu yay Məhəmməd Salahı 50 milyona «Liverpul»a, Antonio Rudigeri 39 milyona «Çelsi»yə, Leandro Paredesi 27 milyona «Zenit»ə, Mario Ruini 10,2 milyona «Napoli»yə satdığı halda, Patrik Şiki («Sampdoriya») 42 milyona, Qrequar Defreli («Sassuolo») 23 milyona, Rik Karsdorpu («Feyenoord») 19 milyona, Cengiz Ünderi («Başakşəhər») 14,9 milyona, Lorenso Pelleqrinini («Sassuolo») 10 milyona transfer edib.