vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 22 iyul 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
TOP OYUNLARI  
14:34 | 27 oktyabr 2017 | Cümə Məqaləyə 1201 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Bəs UEFA-dan konkret adla gələn vəsait hara xərclənir?

«Kəpəz»in uşaq komandaları geyinməyə forma tapa bilmir ...

MÖVZU İLƏ ƏLAQƏLİ

UEFA Azərbaycana 426 320 avro əlavə vəsait ayırıb.

Bu məbləğ 2016-2017 mövsümündə Topaz Premyer Liqasında çıxış edən klubların uşaq-gənclər futbolunun inkişafı ilə bağlı layihələrinin maliyyələşdirilməsi məqsədi ilə ödənilib. Keçən mövsüm ölkəmiz Gənclər Liqasının qrup mərhələsində təmsil olunmadığı üçün ayrılan məbləğin miqdarı da az olub. Ancaq bir il əvvəl ilə müqayisədə bu, daha çoxdur.

UEFA hər il üzv ölkələrin klublarında uşaq futbolunun inkişafı üçün əlavə maliyyə vəsaiti ayırır. Keçən il Azərbaycan üçün bu məbləğ 408 832 avro olub. Ayrılan vəsait UEFA-nın öz bölgüsü əsasında klublara paylanır. Burda bərabərlik prinsipi əsas götürülür. Ötən il bütün klublara eyni – 51 104 avro çatıb. UEFA-nın maliyyəsindən qabağa düşənlər 2015/16 mövsümündə Premyer Liqada iştirak edən 10 klubdan 8-i – «Zirə», «İnter», AZAL, «Kəpəz», «Sumqayıt», «Neftçi», «Xəzər Lənkəran» və «Rəvan» olub. «Qəbələ» və «Qarabağ»a isə ödəniş edilməyib. Böyük ehtimalla bu, klubların Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar olub. «Qırmızı-qaralar» Gənclər Liqasında yarışdığına görə ayrıca məbləğ əldə edib.

Əlavə maliyyədən yararlanan klublardan ikisi – «Rəvan» və «Xəzər Lənkəran» 2015/16 mövsümündən sonra Premyer Liqada yarışmayıblar. Ancaq bu komandaların aşağı yaş qrupları AFFA-nın təşkil etdiyi liqalarda çıxış edirlər.

Əgər keçənilki qaydada bölgü aparılsa, 426 320 avro vəsait 6 klub arasında bərabər paylanacaq və onların hər birinə təxminən 71 min avro ödənəcək. 6 klubdan biri hazırda I Divizionda yarışan «Şüvəlan»dı. Dağılmış «Xəzər Lənkəran» nümunəsi AZAL-ın varisinə bu məbləğin çatacağını deməyə əsas verir.

UEFA-dan maliyyə gəlir, ancaq bu təyinatı üzrə xərclənirmi? 50/70 min avro az məbləğ deyil. Xüsusilə bu, maliyyə çətinliyi yaşayan klublar üçün kifayət qədər yaxşı pul sayılmalıdı. Ancaq görünür, uşaq futbolu üçün ayrılan pul da klubların digər xərclərinin qarşılanmasına sərf edilir. Əgər belə olmasaydı, məsələn, «Kəpəz»in uşaq komandaları torpaq meydançalarda məşq etməzdilər. Bir müddət əvvəl klubların akademiyalarındakı vəziyyəti yoxlayan AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov bizimlə söhbətində bu məqamı dönə-dönə təkrarladı.

51 min avroya uşaqların hazırlıq keçməsi üçün bir neçə meydança hazırlamaq olardı. Meydança bir yana, gələn xəbərlərə görə, «Kəpəz»in uşaq komandaları geyinməyə forma tapa bilmir. Klubun öz büdcəsi yoxdur, AFFA-nın əlinə baxır, bəs UEFA-dan konkret adla gələn vəsait hara xərclənir? Niyə federasiya buna nəzarət etmir? Klubların maliyyə hesabatları olmadığı üçün UEFA-nın ayırdığı pulun da nə üçün istifadə olunduğuna dair səhih məlumat yoxdur.

Qitənin ali futbol qurumundan gələn vəsaitin düzgün xərclənməmə nümunəsi təkcə klublarla bağlı deyil. AFFA-nın özü də bunda yanlışlıqlara yol verir. Məsələn, hakimlərin hazırlığı üçün maliyyə göndərilir, ancaq onlar normal toplanış keçə bilmir. Yayda hakimlər ölkə daxilində qısa hazırlıqla kifayətləndilər. Bir müddət əvvəl məlumat əldə etmişdik ki, hakimlərin formaları uzun illərdi ki, dəyişdirilmir. Bildiyimizə görə, bu problem də indiyədək aradan qaldırılmayıb. UEFA-dan isə əlavə pullar gəlməyə davam edir. (Futbolpress)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *