vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9423 AZN
Rusiya rublu 1 RUB = 0.0253 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1665 AZN
Türk lirəsi 1 TRY = 0.2835 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
10:11 | 30 aprel 2018 | Bazar ertəsi Məqaləyə 316 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Göydələnlərdəki qiymətlər yerə enir

Yeni tikilən binalardakı mənzillər ucuzlaşır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda çoxlu sayda pilot layihələrin həyata keçirilməsi mənzil qiymətlərinin yüksəlməsinin qarşısını alıb. Hətta qiymətlərin düşdüyü də müşahidə olunur.

Ərazilər üzrə orta hesabla qiymətlər 100-200 manat civarında aşağı düşüb. Məsələn, əvvəllər “Nəriman Nərimanov” metro stansiyası ətrafında təmirsiz mənzillərin 1 kv.m-i 1400-1500 manatdan təklif edilirdisə, bu gün 1 kv.m-i 1200-1300 manatdan mənzil tapmaq mümkündür.  

“Sipark İnşaat” şirkəti “28 May” metro stansiyasından 600 metr məsafədə “Təbriz” yaşayış binasını tikir. Bu binada mənzilin 1m.kv-nin nağd 1200 manata, kreditlə 1300 manata təklif olunur.

“Xətai” metro stansiyası yaxınlığında da qiymətlərin düşdüyü müşahidə edilir. Məsələn, “Fininvest Construction” şirkəti inşa etdiyi “Khatai Light” yaşayış binasında mənzillərin 1 kvadrat metrini 1150 manatdan təklif edir. Bu qiymət  “Qara-Qarayev” və “Neftçilər” metro stansiyalarının ətrafındakı qiymətlərə yaxındır. “Xətai” metro stansiyası yaxınlığında mənzillərin 1 kv.m-i 1300-1400 mantdan təklif edilirdi. Bu zonada da qiymətlər təzyiq altındadır.

“Qara-Qarayev”, “Neftçilər” metro stansiyaları yaxınlığında da qiymətlərin təxminən 100 manat düşdüyü müşahidə olunur. Bu ərazidə tikintisinə yeni başlamış binalardan 1 kv.m-i 900-1000 manata, tikintisi yekunlaşmaq üzrə olan və ya yekunlaşmış binalardan isə 1000-1100 manata mənzil almaq mümkündür.

Yeni tikilən binada 1 kv.m-nin qiyməti 1100 manat olmuş Bakıxanov qəsəbəsində tikinti şirkətlərindən biri (Terras Park) 850 manatdan başlayan qiymətlərlə mənzillər təklif edir.

Bir sıra tikinti şirkətləri qiymətləri aşağı salmamaqda israr etsə də, artıq rəqib şirkətlər onları məcbur edir.

Daha başa gəldiyindən və təmir işləri aşağı keyfiyyətdə aparıldığından təmirli mənzillərə tələb böyük deyil. Bir sıra tikinti şirkətləri təmirli mənzilləri 25 illik ipoteka ilə təklif etsələr də, alıcı tapmaqda çətinlik çəkirlər.

Bir çox tikinti şirkətləri mənzilləri 36 ayadək  faizsiz daxili ipoteka ilə təklif edirlər.

Qeyd edək ki, Bakıda köhnə binalar sökülərək yerində yeniləri inşa edilir. Ən çox pilot layihə Nərimanov rayonu ərazisində reallaşdırılır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *