
Hava limanında dəhşətli ölüm
Təyyarənin mühərrikinə sovruldu
Təyyarənin mühərrikinə sovruldu
İtaliya NATO hədəfinə çatmaq üçün hansı strategiyanı izləyəcək?
Milanda asfalt əriyib
Ölkə sürətlə qocalır, işçi çatışmazlığı getdikcə artır
Həddindən artıq istilərlə əlaqədar 21 şəhər üçün həyəcan təbili
Müharibə hazırlığı planı haqqında nə məlumdur?
Çoxsaylı reyslər ləğv edilib
50 faiz tələbi olarkən, gələn seçici sayı 30 faizi keçmədi
Yaşayış müddəti 5 ilə endirilə bilər
Etnada püskürmə niyə bu dəfə fərqlidir?
Dağın üzərində kül buludu turistlər heyrətləndirib
Almaniya vizası qara bazara düşdü
Mariya Karolina motosiklet qəzası keçirdi
İtalyan mafiyaları arasında yeni dövr
Romada artefakt oğurlayan alman turist yaxalanıb
“Dövlət içində dövlət” adlandırılan ən güclü cinayətkar qruplaşma “Ndrangheta”ya qarşı böyük əməliyyat
ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Enzo Moavero Milanes təşkilatın Daimi Şurasının iclasında çıxışı zamanı deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyiş var. Görəsən italiyalı nazir nəyə əsasən belə bir optimist cümlə işlədib? Axı hazırda hansı danışıqlar aparılır ki, həmin virtual danışıqlarda nəticə də olsun? Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın başı hər tərəfdən dərd içindədir, o özü də dolayısı ilə etiraf edib ki, danışıqlara hələ hazır deyil.
Görünür, İtaliyanın xarici işlər naziri sadəcə cəbhə bölgəsindəki nisbi sakitlikdən bu qərara gəlib ki, guya vəziyyət normaldır. Almaniya kansleri Angela Merkel də bölgəyə səfəri zamanı atəşkəsə istinad edərək vəziyyətin normal olduğuna işarə etmişdi. Atəşkəsə istinad yanlışdır. Cəbhə bölgəsində istənilən an hər şey baş verə bilər. Bundan heç bir tərəf sığortalanmayıb. İtaliya ATƏT-in sədri kimi münaqişənin həllinin sürətləndirilməsi üçün heç nə təklif etmir. Məsuliyyətdən yaxa qurmarmaq üçün də “danışıqlarda irəliləyiş var” kimi beynəlxalq aləmə yanlış mesaj göndərirlər. Fikrimcə, Azərbaycan XİN cavab açıqlaması ilə danışıqlarda heç bir irəliləyişin olmadığını bildirməlidir, əks halda ətrafdakılar İtaliyanın xarici işlərin nazirinin sözlərinə inanacaqlar.