vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TOP OYUNLARI  
20:12 | 23 fevral 2019 | Şənbə Məqaləyə 1365 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bu, bizə dərs olsun”

Qurbanov: “İlk növbədə özünəinam lazımdır”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Qəbələ”nin məşqçisi Sənan Qurbanovun Azərbaycan Premyer Liqasının 18-ci turunda “Keşlə”ylə evdə qolsuz bərabərliklə nəticələnən qarşılaşmadan sonra mətbuat konfransı keçirilib.

S.Qurbanov əvvəlcə oyunu dəyərləndirib:

 

 – Evdə oynayırdıq, qalib gəlmək istəyiridk. Üstəlik, ötən turda uduzmuşduq. Təəssüf ki, alınmadı. İlk hissədən çox narazı qaldım. Belə futbol oyun tərzi bizə lazım deyil. Uda da bilərdik, uduza da.

 

– Bu gün komandanız bərbad oynadı. Fərqlənəsi futbolçularınız çox az idi…

– “Qarabağ”la oyundan sonra futbolçularımız kənardan təriflər eşitdilər. Ancaq onlara aşılamaq istədik ki, bu oyun artıq geridə qaldı. Hədəflərimiz var və ona çatmaq üçün ilk növbədə özünəinam lazımdır. Bu gün istəkli komanda gözləyirdim, belə oyun sürpriz oldu.

 

– Belə demək olarmı ki, komandanı hazırlaya bilmədiniz?

– Orası elədir ki, 3 yox, 6 xallıq oyun idi. Həftənin əvvəlində iclasımız olmuşdu. Qorxum vardı. Bir həftə üzərində işlədik. Bu olmasaydı, daha pis olardı.

 

– Cəza ola bilərmi futbolçulara belə oyuna görə?

– Əlbəttə, bizə lazım olan oyun olmadı. Futbolçulara dərhal dedim ki, bu, bizə dərs olsun.

 

– Bu gün 1 xal qazandınız, yoxsa..?

– Ədalətli nəticə elə heç-heçədir.

 

– Sayılmayan qolla bağlı fikirləriniz…

– Yeni qaydalara görə Rauf Əliyev ofsaydda aktiv olduğuna görə qol sayılmayıb. Videotəkrara baxandan sonra dəqiq fikir demək olar.