vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
CƏMİYYƏT  
12:21 | 27 fevral 2019 | Çərşənbə Məqaləyə 2136 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Su çərşənbəsi ...

İlaxır çərşənbələrdən birincisi

MÖVZU İLƏ ƏLAQƏLİ

Qışın üçdə biri olan 40 günlük Böyük çillə, ardınca 20 günlük Kiçik çillə, hələ üstəlik Boz ayın bir həftəsi də arxada qalıb. Artıq günlər bahara doğru yol alıb. Novruzun müjdəsi olan dörd ilaxır çərşənbədən birincisi də özünü yetirdi.

Fevralın 26-da ilaxır çərşənbələrdən birincisini – Su çərşənbəsini yaşadıq...

Qədimlərdən bu yana ulularımız sərt qışda yaz ümidi ilə yaşayar, Yeni günün – Novruzun gəlişini səbirsizliklə gözləyərdilər. Novruzqabağı dörd ilaxır çərşənbəni bacardıqca sevinclə qeyd edər, ocaq çatar, süfrə açardılar.

İnanclara görə, Novruz öncəsi dörd ilaxır çərşənbə özlüyündə dünyanın yaranmasını ehtiva edir. Su, Od, Yel və Torpaq təbiətin oyanması, yenidən dirilməsi anlamını verir. Bu çərşənbələr həm də insanın dörd ünsürdən yaradılması haqqında dini-mistik görüşləri də özündə simvollaşdırır.

Ötən gecə yola saldığımız Su çərşənbəsi xalq arasında həm də “əzəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə”, “sular Novruzu” adlandırılır. Bütün mifik qaynaqlarda su həyat, dirilik, sağlamlıq və xoşbəxtlik mənbəyi sayılır.

Mifoloji dünya modelində su dünyanın özülü, həyatın başlanğıcıdır. Azərbaycan folklorunda su əzəli, əbədi həyat, ölümsüzlük, dirilik rəmzi kimi geniş yer tutur. Xalqımızın inamında suyun rəmzləşməsi onun əcdad sayılması, and yeri olması ilə də sıx bağlıdır.

Əski zamanlarda həmin gün insanlar günəş doğmadan bulaq başına gedər, təzə suda əl-üzünü yuyar, “azarım-bezarım suya” deyib onun üzərindən atlanar, bulaq başında niyyət edər, suyun ətrafında bir sıra mərasimlər keçirər, yeni günün gəlişini bayram edərdilər.

Xalq arasında su ilə bağlı xeyli məsəllər var. İnanclara görə, süfrəyə su dağılması aydınlıqdır, su içən adamı qəfil vurmazlar, su içən adamı ilan çalmaz, lal axan sudan keçməzlər, su olan yerdə dirilik olar, su ehsandır... Bütün bunlar suyun müqəddəsliyini ifadə edir.

Su çərşənbəsini yola saldıq. Novruza üç çərşənbə qaldı...