vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TÜRK DÜNYASI  
12:11 | 18 mart 2019 | Bazar ertəsi Məqaləyə 2199 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkün əzmi

Çanaqqala – mübarizə, igidlik dastanı

Rəşad BABALI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün I Dünya Müharibəsinin ən önəmli cəbhələrindən olan Çanaqqala döyüşünün 104-cü ildönümüdür. Antanta ölkələri (Fransa, İngiltərə) müttəfiqləri Rusiyaya silah, sursat, ərzaq və digər avadanlıqları daha qısa yoldan çatdırmaq üçün Çanaqqala boğazını tutmağa qərara almışdılar. Oradan da İstanbul boğazına çıxmaq və Almaniyanın müttəfiqi Osmanlının paytaxtını tutmaqla bir daşla iki quş vurmaq istəyirdilər. Beləliklə 1915-ci il martın 15-də Çanaqqala boğazına hücuma başladıar.

Donanması inkişaf etməyən Osmanlı düşməni son mərhələ qəbul etmək məcburiyyətində qaldı. Düşmənin 18 döyüş gəmisi boğazın mərkəzinə qədər irəliləmişdilər. Türk topçularının mətanəti nəticəsində Antanta qüvvələri bir neçə gəmi itirərək geri çəkilmək məcburiyyətində qalmışdılar. Lakin əsl döyüşlər hələ qarşıda idi.

Aprelin 25-i səhər açılar açılmaz onlarla gəmi Gelibolu yarımadasını top atəşinə tutdu. Sahildəki osmanlı mövqelərinə yüzlərlə ton mərmi boşaltdıqdan sonra desant çıxartmağa başladılar. Amma ciddi dirənişlə qarşılaşdılar. Türk qoşunlarına rəhbərlik edən alman general Liman Von Sandersin qeyri peşəkarlığı nəticəsində müttəfiqlərin desantı sahilə çıxmağı bacardı. Hətta elə bir vəziyyət yarandı ki, elə həmin günü yarımadada olan türk ordusu məğlub olacaqdı. Mustafa Kamalın insiyativi nəticəsində cəbhəni yarmağa çalışan düşmən geri oturduldu. Ümumiyyətlə M.Kamal bu savaşda aldığı qərarlarla döyüşlərin taleyini həll edib.

Çanaqqala müharibəsi 1916-cı ilin yanvarın 9-na qədər davam edib. Hər iki tərəf təqribən eyni saydı, 250 min itki verib. Bunun hamısı ölənlər deyil. Yaralılar, itkin düşənlər, əsirlər də daxildir. Dövrünün ən müasir silahları ilə təchiz olunan müttəfiq ordularının qarşısında qəhrəmancasına tab gətirən osmanlı ordusu düşmənlərinin də rəğbətini qazanıb. Uzaq Avstraliya və Yeni Zelandiyadan gətirilən əsgərlər barbar, qorxaq, mədəniyyətsiz kimi tanıdıqları türklərin heç də elə olmadıqlarını görürlər. Bir çox əsgər müharibədən sonra yazdığı xatirələrində bunu qeyd edib. Çanaqqala savaşı adını çəkdiyim ölkələrdə milli şüurun formalaşmağında mühüm rol oynayıb.

Hər il aprelin 15-i səhərin erkən saatlarında Gelibolu yarımadasının sahilində Çanaqqala müharibəsinin quru döyüşlərinin başlanması qeyd edilir. Savaşda iştirak etmiş ölkələrin nümayəndələri xüsusi mərasimlə müharibəni anırlar.

Çanaqqala müharibəsi mənim üçün ona görə önəmlidi ki, düşmən qarşısında çəkilməmək, sonuna qədər döyüşmək, əzmini, mətanətini ortaya qoymaq nümunəsidir.