vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 22 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
21:45 | 26 aprel 2019 | Cümə Məqaləyə 787 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Hər qalası, divarı, hər bir daşı dövlətin …”

Mehriban Əliyeva İçərişəhərdə baş verənlər haqda: “Qala divarlarının görünüşünü heç nə kəsə bilməz”

MÖVZU İLƏ ƏLAQƏLİ

“İçərişəhərdə, qala divarlarının yanında indiyə qədər olan obyektlər hansı hündürlükdə idisə, o vəziyyətdə də olmalıdır”, Birinci vitse-prezident Mehriban Əliyeva “BBC News” Azərbaycancaya bildirib.

Bakının "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda qala divarlarına metal konstruksiyadan divar hündürlüyündə qurulmağa başlamış tikili ictimaiyyətin diqqətini çəkib və paytaxt sakinləri tarixi abidələrin qorunmamasına diqqət yönəldiblər.

Mehriban Əliyeva “BBC News” Azərbaycancaya eksklüziv müsahibəsində bildirib ki, “qala divarlarının görünüşünü heç nə kəsə bilməz”.

Birinci vitse-prezident bildirib ki, İçərişəhər hər zaman sakinlər və turistlər üçün populyar yer olub, yalnız “yararsız vəziyyətə gələn binaların yenidən, çox hündür konstruksiyadan bərpası həyata keçirilib.

O vurğulayıb ki, İçərişəhərin “hər qalası, divarı, hər bir daşı dövlətin” diqqətindədir: “Vaxt vardı ki, İçərişəhər məhz burda olan nöqsanlara görə, UNESKO-nun qara siyahısına salınmışdı. Ondan sonra bir çox tədbirlər həyata keçirildi, xarici ekspertlər dəvət olundu, onların rəyini aldıq, onların dəstəyi ilə bütün nöqsanları aradan qaldırdıq”.

Bəs İçərişəhərdə nə baş verir?

Bir neçə gündür ki, qala divarları boyunca əvvəl taxtadan olan obyektlər sökülüb yerində daha hündür metal konstruksiya quraşdırılır.

Tikinti qala divarlarının bir neçə santimetrliyində aparılır. Bu obyektin gələcəkdə nə olacağı barədə ictimaiyyətə geniş məlumat verilməyib. Kənardan görünənlərə görə, bu tikili əvvəlkindən daha hündür olacaq və qala divarlarının kənardan görünməsinin qarşısını kəsəcək.

Sosial media istifadəçiləri İçərişəhərdə qoruğun qədimliyini pozan hər hansı konstruksiyanın əleyhinədir və düşünürlər ki, ümumiyyətlə qala divarlarının qarşısını heç bir kafe-restoran və dükanla kəsmək olmaz.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *