vaxtlı-vaxtında oxuyun! Bazar, 26 may 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNEY  
12:36 | 30 aprel 2019 | Çərşənbə axşamı Məqaləyə 468 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İran parçalanar, dağılar ...”

Rejim gözlənilən etirazları yatırmaq üçün xaricdən silahlı dəstələr gətirir

MÖVZU İLƏ ƏLAQƏLİ

İran hakimiyyəti ölkədə baş qaldıra biləcək mümkün kütləvi etirazları yatırmaq üçün xaricdən şiə silahlı qruplaşmaları gətirir. Bu məlumatı “Amerikanın səsi”inə “Güney Azərbaycan Milli Oyanış Hərəkatının” (GAMOH) üzvü Elyar Makuyi verib.

Onun sözlərinə görə, 2017-ci ilin son günlərində İranda iqtisadi vəziyyətə etiraz olaraq başladılan nümayişlər İran hakimiyyəti üçün gözlənilməz deyildi.

“Təbii ki, rejimin də araşdırmaları var və bilirdilər ki, millət maddi olaraq çox pis durumdadır. Amma əllərindən də bir iş gəlmir... Öz aralarında ixtilafları var. Millətin dərdini düşünməkdənsə bu ixtilaflarla məşğul olurlar. Populist şüarlar səsləndirirlər”, Makuyi bildirir.

GAMOH üzvü deyir ki, bundan əvvəl etiraz aksiyalarının İran vilayətlərində yayılması nəzarətin hakimiyyətin əlindən çıxması mənasını vermirdi: “Mən belə düşünürəm ki, hakimiyyətin də bu etirazlarda rolu var idi. İstəyirdilər millət nəzarət olunmuş şəkildə çıxsın və etiraz etsin. Çünki onsuz da millətdə güclü etiraz potensialı var idi”.

İranda əhalinin sosial-məişət şəraitinin günbəgün ağırlaşdığına diqqət çəkən Elyar Makuyi deyir ki, hakimiyyət əhalini durumun bundan daha pisə gedəcəyindən qorxudur:

“Toplumda bəzi kəsimlər də var ki, durumlarından razıdırlar, ya da mövcud durum bundan daha pis olmasın deyə etirazlara qatılmırlar. Təbii ki, rejim də psixoloji olaraq millətin üzərində çalışır. Ay biz Suriya olarıq, ay biz İraq olarıq, ay İran parçalanar, dağılar! Belə-belə sözlərlə toplumu kontrol altında saxlayırlar və qorxudur”, - o deyir.

Bir müddətdir ki, İslam hakimiyyətinin ölkə xaricində dəstəklədiyi bəzi qüvvələr, o cümlədən İraq şiələrinin təşkil etdiyi “Haşdi Şabi” qüvvələri sel fəlakətinin baş verdiyi bölgələrdə görünürlər.

İran rəsmiləri onların xəsarət alan əhaliyə yardım üçün gəldiyini bildirir. Elyar Makuyi isə hesab edir ki, bu qüvvələr xüsusilə ərəblərin yaşadığı bölgələrdə ortaya çıxa biləcək kütləvi etirazları yatırtmaq üçün İrana gətirilib.

Xatırladaq ki, İranda təxminən bir ay əvvəl baş vermiş və günlərlə davam edən sel daşqınlarında 100-ə yaxın insan həyatını itirib, minlərlə yaşayış məntəqəsi su altında qalıb. İqtisadiyyata milyardlarla dollar ziyan dəyib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *