
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
NATO torpaqlarında Rusiya PUA-ları krizi
Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları aparan onlarla iritonnajlı yük maşını sərhəddən Rusiyaya buraxılmır. İyunun 28-i gecə saat 1-dən etibarən tez xarab olan meyvə-tərəvəz dolu “TIR”lar “Yaraq-Qazmalar” nəzarət-buraxılış məntəqəsində növbəyə düzülüb.
Bu barədə virtualaz.org-a sərhəddə ilişib qalan ticarətçilərdən biri - Sərxan Atakişiyev bildirib. Onun sözlərinə görə, sürücülər nə qədər öyrənməyə cəhd etsələr də, problemin nədən yarandığını heç kim izah etmir.“Mən gilas ticarəti ilə məşğul oluram və ilk dəfədir ki, belə halla qarşılaşıram. Bakıdan Moskvaya vurduğumuz yüklə bu gecə təxminən saat 2-də sərhəddə çatmışıq, sərhədi keçə bilmirik. Bu saat bizdən qabaqda 20 iritonnajlı yük maşını növbə gözləyir. Arxada da çox böyük növbə yaranıb. Səbəbini soruşuruq, heç kim bilmir. Deyirlər ki, Rusiya tərəfi yük maşınlarını buraxmaq istəmir. Əslində bizə “yaşıl koridor” yaradılmalı idi, çünki məhsulumuz tez xarab olandır. Gilas kartof deyil ki, 10 gün qalsın...”, - S.Atakişiyev bildirir.
S. Atakişiyev qeyd edib ki, yük maşınlarından fərqli olaraq, minik avtomobilləri heç bir problem olmadan sərhədi rahatlıqla keçib gedə bilirlər.
Yaranmış problemlə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov virtualaz.org-a texniki nasazlıq səbəbindən sərhəddə qısamüddətli sıxlıq yarandığını bildirdi.
“Yaraq-Qazmalar” nəzarət-buraxılış məntəqəsində Rusiya tərəfdə qısamüddətli sıxlıq yaranıb. Səbəb isə kompüter sistemində yaranan texniki nasazlıqdır. Artıq bu nasazlıq aradan qaldırılıb, hazırda heç bir problem yoxdur. Maşınlar əvvəlki qaydada keçib gedirlər”, - Natiq Axundov bildirib.