vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
11:53 | 5 sentyabr 2019 | Cümə axşamı Məqaləyə 3275 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

...Şəhidlərimiz Vətəndi

Vətən şəhid olmasın deyə...

Elçin ALIOĞLU

Fuad Poladov dünyasını dəyişmişdi o gün. Zəng gəldi. Beer-Şevadandı, İsraildəndi.

Çox əziz insanım ağlayırdı:

- Fuad öldü, doğrudumu?..

İsraildə Fuad bəyi yox sevirdilər. Azərbaycandan getmiş yəhudilər. O kəslər ki, İsraildə onları “azərbaycanlılar” kimi tanıyırlar.

“Bizim” yəhudilər özlərini belə tanıdıblar. Adam istərəm ki, onların yanında Azərbaycanımın, vətənimin, xalqımın ünvanına hərzə söz deə.

Vifleyemdə yaşayan 87 yaşlı Məryəm (Marina) xala demişkən, “parçalarlar onu”.

... Albertə heykəl qoyuldu. Əslində, Albert xalqımın köksündə, şüurunda, qəlbində çoxdan abidədi. Düşmənlə savaşda şəhid olan bütün qardaş və bacılarım təki. Səngərdə gördüyüm çox igidlər təki.

Albert Aqarunov yəhudidir. Savaşda sinəsini gülləyə verən, “Azərbaycan!” qışqıran, sonra da düşmənə xitabən “Sənin...” bağırıb irəli atılan onlarla yəhudi kimi.

Hamımız kimi.

Təvəqqe edirəm ki, bir məsələni bilin: Azərbaycanda doğulmuş yəhudi sonradan İsrailə, ABŞ-a, Yeni Zelandiyaya, Kanadaya, lap Çiliyə köçə bilər.

Amma Azərbaycan onun qəlbindən heç hara köçməyəcək, köçə də bilməz.

Bunu əla bilirəm.

... Albertə heykəl qoyulması xəbərini eşidəndə qürurlandım.

Çünki şəhidlərimiz Vətəndi.

Vətən şəhid olmasın deyə.