vaxtlı-vaxtında oxuyun! Bazar, 8 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
09:47 | 23 noyabr 2019 | Şənbə Məqaləyə 1949 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Etibarlılıq və təminat vacibdir”

Ekspertlər Mehriban Əliyevanın Rusiya səfərinin siyasi əhəmiyyətini şərh edib

Cavanşir ABBASLI

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Rusiyada səfərdədir. Ölkənin birinci xanımının şimal qonşumuza səfəri noyabrın 20-də başlayıb. Səfər çərçivəsində Mehriban xanım çox önəmli, ölkələrarası münasibətlərin ən yüksək səviyyədə davam etdirilməsi baxımından mühüm görüşlər keçirib.

M.Əliyeva Rusiyada yüksək səviyyədə qarşılanıb. Birinci xanımın fəxri qarovul dəstəsinin önündən keçməsi, eləcə də, protokol qaydası ilə naməlum əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyması ona göstərilən yüksək etimadı bir daha sübut etdi. Bütün bunlardan çıxış edərək, M.Əliyevaya ölkələrin rəhbərlərinə göstərilən münasibətdən yüksək münasibət göstərildiyini əminliklə söyləmək olar. Onun Rusiya Federasiyası Hökumətinin başçısı Dmitri Medvedevlə keçirdiyi görüşlər buna əyani sübut oldu.

Rus mediası və cəmiyyəti də Heydər Əliyev Fondunun prezidentinin səfərinə xüsusi maraq göstərdi. Onun keçirdiyi hər bir görüş Rusiya mediasında yüksək səviyyədə tirajlandı. Dünya mətbuatı da bu səfərə xüsusi diqqət ayırdı.

Ekspertlər M.Əliyevanın səfərinin gələcək baxımından ölkələrarası əlaqələrdə bütün sahələrə müsbət töhfələr verəcəyini qeyd edirlər.

 

Zahid Oruc: “O, Azərbaycanın xarici siyasət və beynəlxalq maraqları üçün ölkəmizin, xalqımızın istəklərinə  cavab verən vacib tədbirlər görür”

 

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc səfərə bu cür şərh verdi: “Mehriban xanım Əliyevanın Rusiyaya səfəri iki ölkə arasındakı münasibətlərin yeni bir mərhələsi olmaqla yanaşı, siyasi, iqtisadi münasibətlərin daha da irəli daşınması baxımından tarixi xarakter daşıyacaq. İlk növbədə, ona diqqət yetirilməlidir ki, təkcə Azərbaycanda deyil, regionda və artıq dünyada xanım liderlərdən biri kimi qəbul olunan və bu illər ərzində Şərq qadınının idarəçilikdə ən yüksək səviyyədə təmsilçiliyini bərqərar edən bir şəxsiyyətin bu gün dövlətin mənafeləri və maraqlarının təminatında ən mühüm missiyada addımlar atmasını biz çox yüksək qiymətləndirməliyik. Artıq Azərbaycanın mənafeləri üçün yalnız daxildə humanitar, mədəni aspektlərdə deyil, ölkə başçısının xəttini tamamlayan istiqamətlərdə fəaliyyət aparılır. Həmçinin, Azərbaycanın xarici siyasət və beynəlxalq maraqları üçün Mehriban xanım ölkəmizin, xalqımızın istəklərinə  cavab verən vacib tədbirlər görür, addımlar atır.

Burada xüsusi olaraq, vurğulamaq lazımdır ki, Rusiya elitası Mehriban xanıma yüksək münasibətini göstərdi. Fəxri qarovulun düzülməsi, naməlum əsgərin abidəsinin ziyarət olunması xüsusi qiymətləndirilən dövlətlərə, onların təmsilçilərinə verilən bir protokol hadisəsidir. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, bu gün gerçəkdən də rus əsgərinin o qiyafədə Mehriban xanıma ehtiramını göstərməsi vacib bir komponent kimi təhlilçilərin nəzərlərini özünə cəlb etməkdədir. Əminəm ki, bu səfər təkcə iki dövlətdə deyil, daha geniş arenada mediada təhlil olunacaq, yəni medianın bu məsələyə xüsusi diqqəti ayrılacaq. Çox ümidvaram ki, bundan sonra bir sıra bölgə ilə bağlı dövlətlərə də eyni xarakterli səfərlər, dəvətlər baş verəcək. Belə düşünmək mümkündür ki, Amerika başda olmaqla digər Avropa dövlətlərindən dəvətlər gələcək, istəklər həyata keçiriləcək. Artıq bunu biz Fransa tərəfdən gələn dəvət nümunəsində şahidi olmuşuq. Bunlar ancaq həmin müstəvidə Azərbaycanın mövqeyini gücləndirməyə xidmət edəcəkdir.

Məsələnin ən önəmli tərəfi ondan ibarətdir ki, Rusiya rəhbərliyi ilə strateji əhəmiyyət kəsb edən görüşlər Qarabağ məsələsində Moskva-İrəvan münasibətlərini bölgənin həyatı gələcəyi üçün həlledici bir həlqə kimi nəzərdən keçirmək istəyənlərə ən yaxşı cavab olacaq. Çünki şəxsiyyətlər arası münasibətlər diplomatik aləmdə çox böyük önəm daşıyır. Bir daha onu söyləmək istəyirəm ki, Mehriban xanımın bu cür liderliyinin Azərbaycana xeyri var. Bu, ölkəmizə çox böyük faydalar ölkəmizə gətirir. Ölkə daxilində də islahatların ən yüksək səviyyədə getməsində onun dəst-xətti, üslubu görünür. Bunlar bizim millətin xeyrinədir. Həmçinin, göründüyü kimi xanım liderin ölkələrarası münasibətlərdə yer tutması, Azərbaycanın maraqlarını irəliyə aparması yeni səhifələr açır. Bundan sonrakı dönəmlərdə hər kəs görəcək ki, dövlətlər sırasında rəhbər təmsilçilərə Mehriban xanıma göstərilən münasibət qədər ehtiram kimsəyə göstərilməyib, üstünlük verilməyib. Ermənistan rəhbərliyinin quberniya ranqından da aşağıda qəbul olunduğunu görmüsünüz. Kifayət qədər müqayisələr aparmaq mümkündür. Bir daha hesab edirəm ki, bu Azərbaycanın bütövlükdə siyasi aktivliyinə yazılacaq hadisədir. Əminəm ki, Moskva-Bakı arasındakı yeni münasibətlər həm də Mehriban xanımın iştirakı, onun rəhbərliyi, bilavasitə tövsiyələri, belə müzakirələrdə alınan qərarlar səviyyəsində inkişaf edəcəkdir”.

 

Tofiq Abbasov: “Mehriban  xanımın bu səfərində bir çox məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul olunub”

 

Politoloq Tofiq Abbasov birinci xanımın səfəri çərçivəsində çox ciddi qərarların qəbul olduğunu düşünür: “Biz ilk növbədə, Rusiya ilə qonşu dövlətik. Günü-gündən aktual məsələlərin gündəliyi genişlənir, yəni gündəmə təzə problemlər gəlir. Bölgəmiz mürəkkəb və həssas olduğundan burada böyük maraqlar kəsişir. Azərbaycan və Rusiya bölgə dövlətləridir, onların münasibətləri deyərdim ki, beynəlxalq əhəmiyyətli rol oynayır. Hər iki dövlətin bir-birində marağı var. Ən azından iki ən vacib dünya, beynəlxalq əhəmiyyətli kommunikasiya xətti, dəhlizi Azərbaycandan keçir. Rusiyanın buna çox ciddi marağı var. İkitərəfli münasibətlərdə yüksək rütbəli nümayəndələr səviyyəsində görüşlərə, məsləhətləşmələrə çox böyük ehtiyac var. Bunlar vaxtaşırı olmalıdır. Bu baxımdan Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri son dərəcə təkanverici rol oynayır və oynayacaq da. Birinci vitse-prezidentin Rusiyaya səfəri ondan xəbər verir ki, biz münasibətlərin intensivliyinin artırılmasının vacibliyini hiss edərək yeni bir dinamizm əlavə edirik. Rusiya  tərəfi bunu böyük həvəslə qarşılayır. Digər tərəfdən yeni simaların vacib proseslərə qatılması yeni ideyaların gətirilməsini qaçılmaz edir. İkitərəfli münasibətlərdə dinamizm hər iki dövlətin maraqlarına cavab verir. Digər tərəfdən də bölgədəki vəziyyəti daha sabit, təminatlı edir. İlk növbədə, bu təhlükəsizlik baxımından çox önəmlidir.

Söhbət Xəzərdən, Qafqazdan gedirsə, yaxşı bilirik ki, çoxsaylı dövlətlərin burada maraqları var. Nəzərə alaq ki, bölgəmizdə Ermənistan kimi qeyri-adekvat siyasət aparan məmləkət də mövcuddur. Etibarlılıq və təminat məsələlərinə böyük diqqət yetirmək vacibdir. Rəsmi Bakı məsələlərə bu kontekstdən yanaşır. Azərbaycanda Rusiyanın böyük maraqlarının olduğu hər kəsə məlumdur. Ölkəmizdə çoxsaylı rus şirkətləri fəaliyyət göstərir. Bunlar da ilk növbədə, yeni iş yerləri deməkdir. Eyni zamanda, bu, Rusiyanın bölgədə maraqlarının artması deməkdir.

Bu, Qarabağ probleminin aktuallığını da daim önə çəkir. Dağlıq Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapsa, Rusiyanın ölkəmizdəki işgüzar maraqlarını daha da artıracaq. Azərbaycanın da Rusiyada maraqları var. Şimal qonşumuzun tərkibindəki muxtar respublikalarla da əlaqələrimiz var, tək Rusiya ilə deyil ki. Rusiya çox gözəl anlayır ki, Azərbaycanın imkanları genişdir. Əlaqələrin genişlənməsi bütün sahələrə müsbət töhfələr verir. Düşünürəm ki, Mehriban  xanımın bu səfərində bir çox məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul olunub. Biz yaxın zamanlarda bu qərarların icrasının şahidi olacağıq”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *