vaxtlı-vaxtında oxuyun! Bazar, 8 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
TÜRK DÜNYASI  
12:40 | 26 noyabr 2019 | Çərşənbə axşamı Məqaləyə 590 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çində uyğurlara qarşı işgəncələr bitmir

“Dünya bu qədər ədalətsiz, cəzasızlığa öyrəşmiş bir dünyadır”

Cavanşir ABBASLI

Çində uyğur türklərinə qarşı vəhşilik davam edir. İndi də Çinin minlərlə müsəlman uyğurların saxlanıldığı və yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü düşərgələrdə sistematik “beyin yuma” əməliyyatlarının detalları ilk dəfə sızdırılıb.

Çin hökuməti bu günədək bu düşərgələrin könüllü təhsil və təlim mərkəzi olduğunu deyirdi.

“BBC Panorama”nın gördüyü rəsmi sənədlər məhbusların necə saxlanıldıqlarını, təhqir edildiklərini və cəzalandırıldıqlarını əks etdirir.

Çinin İngiltərədəki səfiri isə sənədlərin saxta məlumatlar olduğunu iddia edib.

Araşdırmalar son üç il ərzində yaradılan saxlanma düşərgələrində Çin hökumətinin “ekstremizm əleyhinə təlimlərin aparıldığı” iddialarını rədd edib.

Əsas hissəsinin müsəlman uyğur icmasından olduğu bir milyona yaxın insanın hər hansı məhkəmə keçirilmədən bu düşərgələrdə saxlanıldığı deyilir.

Sızdırılan məlumatlarda düşərgələrin yüksək təhlükəsizliyinin təmin olunması, sərt intizamın olması, cəzaların tətbiq edilməsi və məhbusların qaçışına imkan verilməməsi əksini tapır.

Sənədlərdə məhbusların həyatının hər bir anının necə izlənildiyi göstərilir.

“Human Rights Watch” insan haqları təşkilatının Çin üzrə direktoru Sophie Richardson deyib ki, bu məlumatlar ittihamçılar tərəfindən istifadə olunmalıdır.

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı Çində uyğurlara qarşı aparılan siyasəti İranda azərbaycanlılara qarşı aparılan siyasətlə müqayisə etdi: “Çinin uyğurlara və ümumiyyətlə, Çində yaşayan digər türklərə qarşı vəhşi siyasəti çoxdan dünyaya məlumdur. Bütün tarixi boyu Çində daimi bu toqquşmalar olub. Milyonlarla türk orada assimilyasiya olunub, çinliləşdirilib, qətllərə məruz qalıblar. Qalan uyğur türkləridir ki, onların muxtariyyətləri var, sərhədləri bəllidir. Az qala Qazaxıstandan da ərazicə böyük bir yerdir. Çin iqtisadiyyatının böyük bir hissəsi ora bağlıdır. Çox zəngin bir bölgədir. Ona görə də Çin orada yaşayan uyğurları zaman keçdikcə əritmək, daimi olaraq, dövlətin tərkibinə qatmaq istəyir. Yerlərin, adamların adlarını dəyişirlər. Eyni ilə İranda azərbaycanlılara qarşı aparılan siyasət aparılır. Orada olmuşam. Heç yerdə dostlarla görüşəndə rahat danışmaq imkanımız olmayıb. Həmişə arxamızca bir quyruq sürünüb. Tufan şəhərinə hətta yollar bağlı olduğu üçün gedə bilmədik. Orada yerli xalqın icazəsi olmadan yol üstündə, şəhərlərin yanında, böyük yaşayış məskənləri salırlar və çinliləri ora köçürürlər. Bunları etməklə bir neçə ildən sonra 30 milyondan çox uyğuru rahatcasına yox edə bilərlər. Aparılan siyasət əslində buna xidmət edir. Zorakılıq, həbslər, mənəvi və psixoloji sıxıntı, qeyd etdiyiniz kamplar yolu ilə uyğurlara zülmlər edirlər”.

S.Rüstəmxanlı dünyanın bu amansızlıq qarşısında susduğuna təəssüflənir: “Dünya 30-35 milyonluq uyğura edilən zülmlər qarşısında susqundur. Əgər dünyada bir ədalətli sistem varsa, BMT və başqa qurumların gücləri varsa, bir xalqın yer üzündən silinmə siyasətinin qarşısını almağa cəhdlər etsinlər. Təəssüf ki, belə bir cəhdlərin ipucu belə görünmür. Haqsızlığa, ədalətsizliyə dur deyən bir güc yoxdur. Bunların hamısı kukla, oyuncaq qurumlardır. BMT var, çox gözəldir, dünyada dövlət arasındakı normal münasibətləri tənzimləmək yolunda müəyyən rolu var. Amma Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni icra etdirmir. Balaca Ermənistana hansı təsirləri göstərib? Başqa yerlərdə separatizmə, haqsızlığa dur deyib, çoxsaylı sənədlər qəbul edib. Avropa ölkələri ilə bağlı belə hallar baş verəndə çox asancasına yığışıb bunu həll edirlər. İspaniyada bu nümunəni gördük. Müsəlman dünyasına, Şərqə gələndə, ürəkləri ağrımayan yerlər onların vecinə deyil. Əksinəc üçüncü, dördüncü dünya savaşlarını çalışırlar ki, İslam aləminə keçirsinlər. Dünya bu qədər ədalətsiz, cəzasızlığa öyrəşmiş bir dünyadır. Bu baxımdan təzyiqlərlə Çinə təsir göstərmək mümkünsüz görünür. Yenə də ümid uyğur xalqının özünə, öz gücünə qalıb. Onlar birləşiblər, yəqin bundan sonra da birləşib öz haqlarını tələb edəcəklər. Ən böyük ədalətsizlik 1947-48-ci illərdə Doğu Türküstan muxtar vilayətinin Çinə verilməsi oldu. Bu vaxta qədər o müstəqil idi və daha çox Sovetlər Birliyi ilə yaxın idi. Daha doğrusu buranın tərkibində idi. O qərar verilməsəydi, indi müstəqil dövlət qurmuşdular. Stalinin o siyasəti uyğur xalqının qəlbində sağalmayacaq bir yara açdı. İnsan bu proseslərin sonunun necə bitəcəyini deməyə çətinlik çəkir”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *