vaxtlı-vaxtında oxuyun! Bazar, 8 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
18:27 | 26 noyabr 2019 | Çərşənbə axşamı Məqaləyə 513 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qaşqay türkləri hədəfdə

Fars-molla rejimi evlərə vəhşicəsinə hücum edib, yüzlərlə insan saxlanılıb

Son günlər ərzində İranın repressiv təhlükəsizlik qüvvələri Şiraz şəhərində Qaşqay türklərinin evlərinə hücum edərək, yüzlərlə qaşqayı özləri ilə naməlum istiqamətə doğru aparıblar.

Qaşqay Türklərinin İnsan Haqları Komitəsinin sədri Ruhullah Muradi Qaşqayinin sözlərinə görə, etirazların davam etdiyi vaxtdan, daha dəqiq desək, noyabrın 18-dən etibarən təhlükəsizlik qüvvələri Şirazın Sədra, Gülüstan, Gülşən, Qəsre Qomşe və Miyanrud kimi bölgələrində yaşayan qaşqayların evlərinə vəhşicəsinə hücum edərək, onlarla adamı həbs edib, özləri ilə naməlum istiqamətdə aparıblar.

Qaşqay türklərinə məxsus “Qayi” adlı veb saytın yaydığı məlumatda isə son 3 gün ərzində təkcə Qəsre Qomşe bölgəsində 50-dən çox qaşqayın “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsi tərəfindən saxlandığı deyilir.

Aşağıdakı siyahı saytın tutulanlardan şəxsiyyətini müəyyənləşdirə bildiyi bəzi qaşqayların adlarını ehtiva edir:

1. Qaşqayların ən böyük tayfalarından biri Əmələdən olan Vəhid Turabi. Noyabrın 18-i, gecə saat 3 radələrində “Sepah”ın Kəşfiyyat İdarəsi əməkdaşları Turabinin Qəsre Qomşedə yerləşən evinə hücum edib, onu bir müddət döydükdən sonra maşına mindirib, naməlum istiqamətdə aparıblar. Aldığı xəsarətlərdən onun sağ kürək sümüyü və iki dişi sınıb.

2. Haşim Zarə: Vəhid Turabinin bacısının həyat yoldaşıdır. O, təhlükəsizlik qüvvələrinin Vəhidin evinə hücumu zamanı onlarda olub və döyülərək həbs edilib.

3. Kiyanuş Qardaşi Dariyuş oğlu (Əmələ tayfası üzvü)

4. Kambiz Qardaşi

5. Fərşad Miri (Kəşkülü tayfası üzvü)

6. Həmid Reyhani

7. Məcid Reyhani (Həmid Reyhaninin əkiz qardaşı)

8. Bicən Kərəmi (Dərəşurlu tayfasının Qara Qanlı nəslinin üzvü): O, Gülüstan qəsəbəsində keçirilən etirazlar zamanı kürəyindən güllə ilə vurularaq həbs edilib.

9. Bicən Kərəminin adı hələ ki, müəyyənləşdirilməmiş oğlu da atası ilə eyni zamanda saxlanılıb.

10. Rəsul adında Qaşqay türkü

11. Sadiq adında Qaşqay türkü

İran rejiminin interneti kəsməsi və etirazların geniş miqyasda keçirilməsi səbəbindən hələlik ölən və yaralananlar, eləcə də həbs edilənlərin sayı və kimlikləri barədə dəqiq məlumat əldə etmək mümkün deyil.

Ruhullah Muradi bir neçə gün öncə etirazlar zamanı azı 5 Qaşqay türkünün təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində dünyasını dəyişdiyini demişdi.

Amnesty İnternational 2 gün əvvəl yaydığı məlumatda etirazlar zamanı Şirazda azı 6 nəfərin, eləcə də qaşqayların üstünlük təşkil etdiyi Sədra qəsəbəsində də minimum 6 insanın təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürüldüyünü təsdiqləmişdi.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *