vaxtlı-vaxtında oxuyun! Bazar, 8 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:01 | 2 dekabr 2019 | Bazar ertəsi Məqaləyə 467 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Parlamentdən Prezidentə müraciət

Milli Məclisin buraxılması, növbədənkənar seçkilərin təyin edilməsi barədə ...

Milli Məclisin iclasında az əvvəl parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub.

Layihəni MM sədrinin müavini Bahar Muradova deputatlara çatdırıb. Qərar layihəsi səsə qoyularaq 99 səslə qəbul edilib.

 

* * *

 

Milli Məclisin iclasında çıxışlardan sonra parlamentin buraxılması haqda qərarın hazırlanması üzrə redaksiya komissiyasının yaradılması qərara alınıb. Komissiyanın tərkibinə vitse-spiker Bahar Muradova, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynli, deputat Fəzail İbrahimli, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov, deputat Sahibə Qafarova daxildir. Bu haqda spiker Oqtay Əsədov məlumat verib.

 

* * *

 

2016-cı ildə keçirilən referendum və bu zaman Konstitusiyaya edilən əlavə, dəyişikliklər bu gün həyata keçirilməsi nəzərdə tutulan işlər üçün ciddi bir konstitusion baza roludur. Konstitusiyanın 98-ci maddəsi parlamentin buraxılması məsələsini həll etmiş olur.

 Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hakim çoxluğun müraciəti əsasında parlamentin buraxılması, yeni seçkilərin təyin edilməsi məsələsini hüquqi-konstitusion baxımdan əsaslandırarkən deyib.

“Xüsusi vurğulamaq istəyirəm ki, 2018-ci ildə növbədənkənar prezident seçkiləri keçirildi. Ölkə başçısı İlham Əliyev yenidən xalqın mandatını almış oldu. Ölkədə tam müasir və dünya stabdartlarına cavab verən keyfiyyətcə yeni islahatlar başlandı. Bu islahatlar mərkəzi və icra hakimiyyəti orqanlarını məhkəmə hakimiyyətini əhatə etmiş oldu”,-o bildirib.

 Hüseynli qeyd edib ki, bu illər ərzində parlament də öz fəaliyyətində Prezidentin islahatlarına dəstək verib: “Bununla yanaşı, parlamentin fəaliyyətinin də təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi ilə bağlı cəmiyyətin də düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir. Bu, eyni zamanda YAP-ın xüsusi siyasi mədəniyyətini göstərir. Hesab edirəm ki, bir sıra ekspertlərin və opponentlərin Milli Məclsin buraxılmasının konstitusiyanın 89-cu maddəsinin 5-ci bəndində qeyd olunmuş deputatın özünün imtina etməsi ilə bağlı səlahiyyətlərinə xitam verilməsi məsələsi ilə eyniləşdirilməsi çox yalnış yanaşmadır. Çünki bu məsələ konstitusiyasının 98-ci maddəsində qeyd olunub. MM-in buraxılması ilə bağlı müraciət göz qabağındadır. Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin qeyd etdiyimiz müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadını yenidən qazanılması məqsədi ilə bu addım atılmış olur. Bu yanaşma bizim konstitusiyamıza və hüquq sisteminə uyğundur”.

 

* * *

 

Milli Məclisin bu gün dekabrın  2-ə təyin olunan plenar iclası başlayıb. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində bir məsələnin müzakirəsi nəzərdə tutulub. O.Əsədov deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi köklü islahatlar son dövrlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə sistemində, bir sözlə, bütün sahələrdə aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır.

“Həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsini və parlamentin yeniləşməsini zəruri edib”, - spiker deyib.  İclasda Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov  hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciət mətnini oxuyub.

O, digər deputatlara çağırış edərək onları müraciətə qoşulmağa səsləyib. Daha sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Əli Hüseynli  məsələni hüquqi baxımdan şərh edib.

Hazırda plenar iclas davam edir.Deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanacaq müraciəti müzakirə edirlər.

 

* * *

 

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İclasın gündəliyinə cəmi bir məsələ daxildir - parlamentin buraxılması.

Məlumata görə, deputatlar Yeni Azərbaycan Partiyasını təmsil edən parlament üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevə Milli Məclisin ləğvi ilə bağlı müraciətini müzakirə edəcəklər.

Qeyd edək ki, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının iclası keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisi ləğv etmək təşəbbüsü ilə çıxış etmək tövsiyə olunub.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *