Hərbi parada pandemiya zərbəsi
Ermənistandakı hərbi bazada virus təhlükəsi...
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yumşalma rahatlıq əvəzinə təlaş yaratdı
Camaatın axışdığı bazarlarda, apteklərdə limon və ağrıkəsici yoxa çıxıb
-
DST gələcək pandemiyalara hazırlaşır
“Mümkün qlobal epidemiyalarla mübarizə” üçün ilk beynəlxalq müqavilə layihəsi hazırlanır
-
Qriplə fərqi qalmadı...
Avropa ölkəsi COVİD-19 yoluxmaları zamanı məcburi karantini ləğv edir
-
Çində etirazçı ovu
Polisi aksiya iştirakçılarını mobil telefon siqnalları ilə aşkarlayır
-
Hökumət geri addım atdı
Çində baş verən etiraz aksiyalarının görünməmiş miqyası pandemiya yumşalmalarına səbəb oldu
-
Çində polis nümayişlərə maneə törədib
Sərt tədbirlər davam edir
-
Fransada COVİD-19 yoluxmalarında artım
Ölkə bronxiolit epidemiyasından keçir
-
Çində etirazlar şiddətlənir
İzdihama qalxan xalq karantin çadırlarını və test götürülmə kabinetlərini dağıdıb
-
Çin qaynayır
İnsanlar COVİD qapanmalarından bezib, gündəlik yoluxma sayı on minlərlədir
-
Çində COVİD dalğasının sayı itib
Parklar, ticarət mərkəzləri və muzeylər yenidən bağlanıb
-
10 min yeni yoluxma
5 milyondan çox insan qapanmalar altında yaşayır
-
Çinin əvvəlki tempi bərpa olunmayacaq
Dünya iqtisadiyyatı tənəzzüldən qurtulmağa çalışır
-
Yoluxma 300-ü keçdi
175 nəfər sağalıb
-
“Kentavr” təhlükəlidir?
DST-dən COVID-19-un subvariantı barədə açıqlama
-
Dünya dizüstə qalıb
Beynəlxalq iqtisadiyyat dilemma ilə qarşı-qarşıyadır
-
Xəstə sayı 1096 nəfər oldu
COVİD-19-a yoluxma sayı yenə artdı
Çində koronavirus geniş yayıldıqda Rusiya strateji müttəfiqi ilə sərhədini başlamağa qərar verdi. Buna baxmayaraq, koronavirus hər yerdə olduğu kimi Rusiyada da yayılıb. Əgər Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə koronavirusla mübarizə üçün böyük xəstəxanalar, tibbi avadanlıqlar və peşəkar həkimlər varsa, Rusiyanın əyalətlərində mənzərə fərqlidir.
Rusiya ərazicə dünyanın ən böyük ölkəsidir. Virusun dünyada yayılma gücü onu göstərir ki, ölkə nə qədər böyükdürsə, onunla mübarizə aparmaq da çətindir. Ona görə də Kreml narahatdır. Virusun tək əhali arasında deyil, bütün ölkəboyu mövcud olan hərbi hissələrə yayılması təhlükəsi var. Məsələn, kiçik Ermənistanda hərbçilər arasında virus artıq yayılıb. Rusiya hakimiyyəti üçün hərbi hissələrin tamamında test keçirmək çətindir. Digər tərəfdən xəstəliyin hərbi hissələrdə yayılması təhlükəsi varsa, bu xüsusi olaraq açıqlanmayacaq. Bu xəbərlərin yayılmasında nə Rusiyanın mərkəzi hakimiyyəti, nə də ordu komandanlığı maraqlıdır.
Rusiyanın müxtəlif ölkələrdə, o cümlədən Suriya və Ermənistanda hərbi bazaları var. Həmin hərbi bazalarda da virusun yayılması ehtimalı az deyil. Onu da nəzərə almaq lazımdır ki, virusun geniş yayıldığı İrandan Suriyaya gediş-gəliş var və hərbçilər arasında təmaslar çoxdur. Demək, bu hərbi bazalarda həkim nəzarətinin həyata keçirilməsi üçün ya Rusiyadan heyətlər göndərilməli, ya da yerli mütəxəssislərə etibar edilməlidir. Ancaq Suriyada və ya Ermənistanda kifayət qədər tibbi resurs yoxdur ki, Rusiyanın hərbi bazalarındakı heyətə yardım edə bilsinlər. Moskvada üçüncü variantı da nəzərdən keçirirlər. Xarici ölkələrdəki hərbi bazalarda virusa yoluxan hərbçilər qeydə alınsa, onları Mozdok və Krımsk şəhərlərindəki karantin üçün ayrılmış mərkəzlərə köçürəcəklər.
Bu arada, Rusiya prezidenti Vladimir Putin iki böyük layihəsini təxirə salmaq məcburiyyətində qalıb.
Birincisi, Putin Konstitusiyada dəyişikliklərə hazırlaşırdı. Referendum keçirilməli idi. Referendumun özü üçün müsbət nəticəsinə ümid edən Putin yeni dəyişikliyə görə 2036-cı ilə qədər prezident kürsüsündə qalmağı planlaşdırırdı. Ancaq koronavirus referendumu təxirə saldı və referendumun hansı tarixdə keçiriləcəyi bəlli deyil. Bu ərəfədə, Rusiyanın məşhur “Levada” Mərkəzinin keçirdiyi rəy sorğusuna görə böyük şəhərlərdə Putinin reytinqi aşağı düşüb. Bu təxirə salınan referendum üçün hər şeyin hamar olmayacağını göstərir.
İkincisi, Putin mayın 9-da Moskvada Böyük Vətən Müharibəsinin qələbəsinin 75 illiyini keçirməyə hazırlaşırdı. Putin təmtəraqlı parad planlaşdırırdı. Kreml 5 ildir ona qarşı tətbiq edilən sanksiyalara rəğmən, paradda dünyaya öz gücünü göstərəcəyinə ümid edirdi. Parada müxtəlif dövlətlərin liderləri dəvət olunmuşdular. Bir çoxu dəvəti qəbul etmişdi. Putin bu yolla Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşalacağına ümid edirdi. Ancaq hazırki şərtlər daxilində həm paradın keçirilməsi, həm də rəsmi qonaqların Moskvaya gedəcəkləri sual altındadır. Əlbəttə¸ mayın əvvəlinə qədər virusun yoluxma gücü azala bilər. Ancaq 9 maya qalan az müddətdə paradın keçiriləcəyini proqnozlaşdırmaq çətindir. (“Atlas” Araşdırmalar Mərkəzi)