vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
21:32 | 25 iyul 2020 | Şənbə Məqaləyə 13113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müdafiə mövqeyi nə vaxt bitəcək?

Bir gündə 3 həmlə, bir cavab...

Gün ərzində ermənilərin ən azı 3 həmləsini müşahidə etdim. Birinci həmləni Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın televiziya kanalına müsahibəsiylə etdi və Rusiyanın digər agentlikləri də onun açıqlamasını ətrafa yaydı. Paşinyan Rusiyada azərbaycanlıların ermənilərə qarşı hücumlarını Azərbaycanın Rusiyada qarışıqlıq yaratması kimi “izah” etdi. Paşinyan “üçüncü qüvvələrin də” Cənubi Qafqazda və Rusiyada qarışıqlıq yaratmağa çalışdığını iddia etdi. Paşinyan heç şübhəsiz “üçüncü qüvvə” deyərkən Türkiyəni nəzərdə tutub.

Ermənilərin ikinci həmləsi Ermənistan məhsulların Moskvadakı böyük meyvə və tərəvəz bazarına girişə qoyulan yasağın aradan qaldırılmasıyla əlaqəli oldu. Görünür, ticarət mərkəzlərinin sahibi olan azərbaycanlı sahibkarların uzun müddət Moskvada erməni iş adamlarına giriş yasağı qoymasının limiti var idi. Rusiyanın müvafiq dövlət strukturlarının erməni iş adamlarının xeyrinə məsələyə müdaxilə edəcəyi gözlənilən idi.

Azərbaycan əleyhinə üçün həmlə Ukraynadakı separatçılardan gəldi. Luqansk separatçılarının təmsilçisi ekran qarşısına çıxaraq guya Ukrayna Təhlükəsizlik Xidmətinin Azərbaycana muzdlular göndərdiyini iddia etdi. Həmin muzdlular ukraynalı millətçilər imiş. Ermənilərinə xeyrinə yayılan bu dezinformasiyanın arxasında Rusiyanın müvafiq strukturları dayanır. Çünki, Donbasdakı separatçılar Moskvadan təlimat almadan başqa dövlət əleyhinə açıqlama yaymazdılar, bu onların başını aşan hərəkət olardı. Ukraynadakı separatçıların Moskvanın xəbəri olmadan Azərbaycan əleyhinə açıqlama səsləndirməsi mümkün deyil. Görünür, sərhəd münaqişəsində Ukraynanın Azərbaycana verdiyi dəstək Kremli narahat edib.

Bəs biz gün ərzində nə etdik? Ermənilərin və onlarla birgə hərəkət edən qüvvələrin yaydıqları dezinformasiyaları təkzib etdik. Məsələ burasındadır ki, ermənilərin dezinformasiyası Rusiyanın müxtəlif informasiya agentliklərində geniş yayıldı, Azərbaycan Xarici İşlər Nazirliyinin ukraynalı muzdlular barədə dezinformasiya xarakterli bəyanatı isə yalnız biz oxuduq. Rusiyadakı azərbaycanlılarla ermənilər arasında küçə döyüşlərinin səbəbi barədə birinci biz rəsmi səviyyədə açıqlama verməliydik. İndiki halda isə Paşinyanın açıqlamalarını təkzib etməli olacağıq. Nə zaman qabaqlayıcı addımlar atacağıq? Kadrlar dəyişir, yeni sturukturlar yaranır, informasiya savaşında isə yenə geri qalırıq, haqlı olduğmuz halda müdafiə mövqeyindədik.