vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ATLETİKA  
17:20 | 15 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 3854 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ramil Quliyev barədə dediklərimin arxasında dururam»

Çingiz Hüseynzadə: «19 yaşında, hələ bir nəticə göstərmədən Federasiyanın təqdimatı ilə mənzil almışdı»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin binasında Yüngül Atletika Federasiyasının prezidenti, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin mətbuat konfransı keçirilib.

KİV nümayəndələri ilə görüş 2011-ci ildə Azərbaycan Yüngül Atletika Federasiyası ilə münaqişə üzündən Türkiyə bayrağının altına keçmiş azərbaycanlı atlet Ramil Quliyevin Londonda keçirilən dünya çempionatında qələbəsinə həsr edilmişdi. Qiliyevin Londondakı uğurundan sonra Federasiyanı Ramili Azərbaycandan, sözün həqiqi mənasında, qovmaqda günahlandıranların sayı xeyli artıb.

«Keçmiş idmançımız Ramil Quliyevin dünya çempionu olmasına çox sevindik. Bu, həm bizim üçün, həm Türkiyə üçün, həm də türk dünyası üçün bir ilk idi, – Çingiz Hüseynzadə deyir. – Bu böyük hadisədir. Biz onu hələ Londonda təbrik etdik. Onu Azərbaycan prezidenti İlham Əliyev də təbrik etdi.

Finaldan əvvəl biz Ramil Quliyevin medal qazanacağını proqnozlaşdırırdıq. Biz Türkiyə Yüngül Atletika Federasiyasının rəhbərliyi ilə söhbət edib razılığa gəldik ki, əgər o medal qazansa, hər iki bayrağı qaldıracaq. Bundan sonra təcili olaraq Azərbaycanın bayrağını Ramilə çatdırdıq.

Stadionda daim elan edirdilər ki, Ramil azərbaycanlıdır. Türkiyə federasiyasının prezidenti və Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının prezidenti ilk növbədə Azərbaycanı təbrik etdi. O bildirdi ki, Ramilin bizim birgə idmançımız olduğunu bilir.

O ki qaldı Ramil Quliyevin çıxıb getməsinə, bu söhbətin artıq 7 yaşı var. İndi arxivdən mənim o illərdə verdiyim müsahibələri çıxarırlar. Etiraz etmirəm. Sözlərimin arxasında dururam. Onların Quliyevə bir idmançı kimi aidiyyəti yoxdur. Bəli, 2015-ci ilin dünya çempionatından və 2016-cı ilin Olimpiya Oyunlarından əvvəl deyirdim ki, o, nəticə göstərə bilməyəcək.

Bakıdan getdikdən sonra nəticələri yox idi. Yalnız 2015-ci ildən sonra onları göstərməyə başladı.

Bu mövzunun bir idman, bir də mənəvi tərəfi var. Yazırlar ki, Federasiya Ramilə pul vermirdi. İndi bu haqda danışmaq istəmirəm. Lakin o yeganə adam idi ki. 19 yaşında, hələ bir nəticə göstərmədən Federasiyanın təqdimatı ilə mənzil almışdı. «Neftçi»də ona ən yüksək əməkhaqqı verilirdi. Ramil etiraf edir ki, Türkiyədə maaşı klubdan alır, federasiyadan deyil. Bütün dünyada belədir».