Seyidcahanın poetik cərəyanı
Yaxud Lorkanın, Nazım Hikmətin, Mayakovskinin, Əli Kərimin gorunu çatladanlar
Yadigar CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ortadakı rəf
“Otaqda bir kitablar vardı, bir də atamın ruhi”
-
Şeirləri dua kimi oxunan şair
“Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm”
-
Elza Seyidcahana «dur!» deyənlər tapıldı
«Onu ciddiyə almaq «şeir», «söz» anlayışına qarşı təhqirdir»
-
«El bilir ki, sən mənimsən, alış-veriş mərkəzimsən»
Məşhur şeirinin misralarını dəyişdirdiyinə görə «Oba» marketlər şəbəkəsi məhkəməyə verilə bilər
-
«Axundovun islama nifrəti anlaşılandır»
Fazil Mustafa: «Sənət adamları arasında titul davası var»
-
Simvollaşan şair
İndi hər kəsin öz Ramiz Rövşəni var
-
Allahın oğludur daha…
Ramiz Rövşənin 70 illiyinə dost ismarışı
-
«Əfsuslar ki, çox siyasiləşdi…»
Ramiz Rövşən: «Mən o sözü deyirəm ki, onu başqa heç kim ya deyə bilmir, ya da…»
-
«Mən o əxlaqın yiyəsi deyiləm»
«Ramiz Rövşənə bu cür çirkin böhtan atmağı mən heç vaxt özümə yaraşdırmaram»
-
«Düşmənlərimi özüm qazanmışam, dostlarımı sözüm»
Ramiz Rövşən: «Allah bizi başdan qocalmağa qoymasın, başqa hər şey düzələr»
-
Ramiz Rövşənə ad günü təbriki
«O bir məhək daşıdır»
-
«İçərişəhər» üçün xilaskar axtarışı
Müşfiq Hətəmov, Ramiz Rövşən, Aydın Dadaşov, Ayaz Salayev bir yerə toplaşdılar
-
«Bazlığın ən pisi - Yerlibazlıq»
(Söz verirəm, yaxşısından da yazacağam)
-
«Elə bilirlər, yağ içində böyrək kimiyəm»
Xalq şairi Zəlimxan Yaqub: «Ağrı it əzabıdır, Allah heç kəsə qismət eləməsin!»
-
«Başa düşürəm ki, Məmməd İsmayıl narazıdır»
Rəşad Məcid: «O hesab edir ki, layiq olduğu titulları əldə etməyib»
-
«Ən böyük bəlamız hikkədir»
«Bu, mənim qismətim olub»
ARB-nin elan etdiyi «Xalqın şairi»nin maraqlı və faydalı bir layihə olacağı indidən görünür. Hələlik, əsas səs-küy münsiflər heyəti ətrafındadır. Çoxu əsəbiləşib ki, eyvah, Elza Seyidcahanın bu heyətdə nə işi var?!
Mənsə məsələyə azacıq ədəbiyyatşünaslıq səmtindən yanaşacam.
Fikrimcə, üzvlər dəqiqliklə və uğurla seçilib.
Onların hərəsi poeziyamızın bir qolunu təmsil edir: Aşıq Əhliman, ləqəbindən də göründüyü kimi aşıq şerini, Baba Vəziroğlu əruzdan hecaya keçid edib Səməd Vurğunla zirvəsinə çatmış ənənəvi poeziyamızı, Qulu Ağsəs şeirimizdə 80-ci illərdən Ramiz Rövşənin şeirləri ilə start götürmüş yeni meylləri...
Amma bizdə şeir və şairlik söhbəti bununla bağlanmır axı.
Bunun xoşvaxtlığın qafiyəsini axtaran şair Moşusu var, yazdığı hər zoğallamanı şeir bilib ağır-ağır kitablar bağlatdıranları var, sərbəst şeir adı altında Lorkanın, Nazım Hikmətin, Mayakovskinin, Əli Kərimin gorunu çatladanları var, bu sərbəst «şeirləri» bəh-bəhlə oxuyanları var, həmin şeirlərə mahnı bəstələyənləri var. Var ki, var....
Allah dadınıza yetsin, bax indi Elza Seyidcahan o müsabiqədə bu kütləvi poetik «cərəyan»ın təmsilçisi olmasınmı?!
Əgər bu gün onun şeirləri xalq arasında hamıdan çox müzakirə olunursa, Elza xanım «Xalqın şairi» adını bütün şüəralarımızdan daha çox haqq edir.
Və bu, bir şoudur.
«Yaşıl eynəkli adam»dakı məşhur rejissor aerobika müəlliminə deyirdi ki, «Ayə, hanı bu aerobikanın duzu-istiotu?!».
Elza xanım da öz obrazı ilə bu müsabiqəyə dad qatacaq. Belə fəndlərə əl atmasan, şeiri səs-küylü şoulara, mahnı mətnlərinə bükməsən, hazırlıqlı seyrçi gedib yenə İlqar Fəhminin «Məclisi üns»ünə baxar. Hazırlıqsız tamaşaçı isə yenə meyxana dinləyər.
Xülasə, müsabiqə təşkilatçılarına uğurlar, şairlərə təb, münsiflərə ədalət.
Yeganə tənqidim müsabiqənin radio reklam çarxı ilə bağlıdır.
Orada şair sözü, brend, marka kimi təqdim olunur.
Bizim Füzulidən böyük şairimiz olmayıb, o da yazırdı, «Aldanma ki, şair sözü, əlbəttə yalandır».
Daha bunun harası marka oldu?!