Xalqı, vətəni sevən şairlər unudulmur
Mikayıl Müşfiq anadan olmasının 110-cu ildönümündə yad edildi
Lalə AZƏRİ, «Mədəniyyət» qəzeti
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... Tükənməz Anar
Dəyişən vaxtın düz yolundan yayındırmadığı, soldurmadığı, həvəsini, eşqini azalda bilmədiyi parlaq ...
-
Gündəliklər və məktublaşmalar ...
... “Ot basmış cığırlar”la “Torpağın bərəkəti”nin müqayisəsi
-
Ona görə seçiblər
“İstedadsız qrammofonlara deyil, ...”
-
“Obyektiv obraz yaratmaq lazımdır”
Anar: “10 ildir iki ssenarimi çəkdirə bilmirəm”
-
Cocuq Mərcanlı səfəri
Tanınmış yazıçılar Cəbrayıla və Füzuliyə yola düşür
-
«Bir qəpik öz xeyrimizə götürürdüksə, lənət olsun...»
Anar: «Kimdir o anası-arvadı erməni olan? Kimin dayısı ermənidir, göstərsinlər də konkret»
-
Zərif duyğular şairi
Mətanəti sarsılmayan ruh, şəfqəti azalmayan qəlb, hərarəti soyumayan əllər
-
Anarla görüşmək istəyən şairi döyüblər?
Yazıçılar Birliyində qalmaqal - «Rauf Aslanovun başıma vurduğu zərbələr məni ölüm həddinə çatdırıb»
-
«Cavab almayacaqlar»
Yazıçı Anar bəzi mətbuat orqanlarına səsləndi
-
«Elə bilirlər, yağ içində böyrək kimiyəm»
Xalq şairi Zəlimxan Yaqub: «Ağrı it əzabıdır, Allah heç kəsə qismət eləməsin!»
-
Erməni yazıçının Anara sözü var...
Çubuxçuyan AYB-yə üzvü olmaq istəyir
-
«Başa düşürəm ki, Məmməd İsmayıl narazıdır»
Rəşad Məcid: «O hesab edir ki, layiq olduğu titulları əldə etməyib»
-
«AYB-yə 450 min manat ayrılıb»
Çingiz Abdullayevlə qurultay söhbəti
-
«Ticarətlə məşğul olmuruq»
«Ənənə bu il daha aktiv həyata keçiriləcək»
-
Yazıçı Anar doktor oldu
Türkiyənin Qars Qafqaz Universiteti AYB sədrinə fəxri ad verdi
-
«Abırlı qadınının üç kişisi olmalıdır»
«Rüşvətxor məmur əslində fahişədən də pisdir»
İyunun 5-də XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illiyi və doğum günü ilə əlaqədar şairin Bakıdakı büstü ziyarət olundu.
Anım mərasimində çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, Mikayıl Müşfiq qısa ömür yaşasa da, özündən sonra böyük iz qoyub. Şairin fəaliyyəti, vətənə məhəbbəti, həyat tərzi insanlarda rəğbət yaradır.
Vurğulandı ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il şairin 110 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq: “Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası və digər qurumlar geniş tədbirlər planı hazırlayıb və ilboyu biz bu yubiley tədbirlərinin şahidi olacağıq. Dövlətimiz yazıçılara, şairlərə həmişə böyük diqqət və qayğı ilə yanaşır. Elə il olmur ki, ölkəmizdə qələm adamlarının yubiley tədbirləri keçirilməsin. Bu diqqət nəticəsində onların yaradıcılığı geniş təbliğ edilir”.
Vaqif Əliyev qeyd etdi ki, Mikayıl Müşfiq heç zaman unudulmayacaq şairdir. Çünki o, dünyaya şair kimi gəlmişdi. Müşfiq siyasi rejimin qurbanı olsa da, əbədiyyət qazandı, əsərləri xalqın dilində əzbərə çevrildi: “Azərbaycan milli musiqi aləti tarın aşiqi olan Müşfiq vaxtilə “Oxu, tar” deyərək alətin müdafiəsinə qalxmışdı. Bu gün Azərbaycan tarının UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer alması yəqin ki, nakam şairin də ruhunu şad edir”.
Nazirin birinci müavini onu da diqqətə çatdırdı ki, ölkəmizdə Müşfiqin xatirəsinin əbədiləşdirilməsi məqsədilə adına küçə, qəsəbə verilib, paytaxtdakı 18 saylı orta məktəb şairin adını daşıyır. Şairin Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, Xızıda xatirə muzeyi yaradılıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışı zamanı bildirdi ki, bu gün 110 yaşlı gənc Müşfiqin xatirəsini yad edirik: “Coşqun qəlbi yazıb-yaratmaq eşqi ilə çırpınan Müşfiqin yubileyi ilə əlaqədar dövlət başçısının sərəncamı şairin ruhuna ən böyük ehtiramdır. Bu yubiley poeziya bayramına çevriləcək. Çünki Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. Xalqı, vətəni sevən şairlər heç zaman ölmür və unudulmurlar”.
Çıxışlardan sonra şairin büstü önünə tər çiçəklər düzüldü, xatirəsi yad edildi. Tədbirdə Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Yazıçılar Birliyinin nümayəndələri, şairin ecazkar poeziyasının pərəstişkarları iştirak edirdi.
Qeyd edək ki, iyunun 5-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz, Yasamal Rayon İcra Hakimiyyəti və Cəfər Cabbarlı Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Mikayıl Müşfiqin abidəsi önündə “Əbədiyyət nəğməsi” adlı poeziya günü də keçirilib.
Tədbirdə şairin həyat və yaradıcılığından söz açılıb, məktəblilərin ifasında ölməz şeirləri səsləndirilib.
Nakam ədib ata ocağında da anıldı
Mikayıl Müşfiqin 110 illiyi ilə əlaqədar şairin ata ocağında - Xızı rayonunun Sayadlı kəndində də anım tədbiri keçirilib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Abşeron rayon Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, rayon ictimaiyyətinin nümayəndələri, poeziyasevərlər iştirak edib. Şairin abidəsi ziyarət olunub, abidə önünə tər çiçəklər düzülüb.
Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov, idarənin Xızı rayonu üzrə nümayəndəsi Möhsün Bağırov, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşı, “Mikayıl Müşfiq” gəmisinin kapitanı olmuş Sakit Məlikov və başqaları çıxış ediblər.
Şairin sözlərinə bəstələnmiş mahnılar ifa edilib, şeirlərindən nümunələr dinlənilib.
Tədbirin sonunda Xalq artisti Nurəddin Mehdixanlı Mikayıl Müşfiqin 110 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamını oxuyub.
Tədbir Xızı rayon Heydər Əliyev Mərkəzində konsert proqramı ilə davam edib.