Daha 3 il ...
“Formula 1”in Bakı Qrand Prisi 2023-ə qədər uzadıldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Müxalifəti üzən 30 dəfəlik fərq
Azərbaycanın “Formula 1” yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
-
““Formula 1 Qran Pri” yarışları növbəti 3 ildə də Azərbaycanda keçiriləcək”. Vaxt.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, “Formula 1 Qran Pri” yarışlarının Bakıda keçirilməsi üçün müqavilənin müddəti 2020-ci ildə bitir.
“Bunu nəzərə alaraq biz yenidən 3 illik müqavilə bağladıq. Artıq 2020-2023-cü illərdə də “Formula 1 Qran Pri”si Bakıda keçiriləcək”.
Qeyd edək ki, bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və “Formula 1” Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri saziş imzalayıblar.
Bu il Bakıda artıq 4-cü dəfə keçiriləcək “Formula 1” yarışlarına aprelin 26-dan start veriləcək.