vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNEY  
13:51 | 11 mart 2019 | Bazar ertəsi Məqaləyə 2846 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yaraya duz basmaqdır”

Güney Azərbaycanlılar İbrahim Rəisinin məhkəmə sisteminə rəhbər təyinatını pisləyib

MÖVZU İLƏ ƏLAQƏLİ

100-dən çox siyasi və mədəni fəal İbrahim Rəisinin 1988-ci ildə İranda minlərlə siyasi məhbusun edamındakı rolunu vurğulayaraq, bu təyinatı Əli Xamneyinin cinayətkarlara verdiyi “hədiyyə” kimi dəyərləndirib.

Fəalların məsələ ilə bağlı yaydıqları bəyanatda bildirilir ki, İbrahim Rəisi 1988-ci ildə edam edilmiş minlərlə siyasi məhbusun ailələri tərəfindən qatil kimi tanınır. Buna görə də həbs edilməli olan bir şəxsin məhkəmə sisteminin rəhbəri təyin edilməsi ictimai rəyə hörmət etməməkdan başqa, həmin ailələrin yarasına duz basmaqdır.

Məktubu imzalayanlar bu təyinatı “İran dini liderinin ictimai rəyə və beynəlxalq imicə hörmət qoymadığının və bir qrup məmurun arzu və istəklərini milli mənafedən üstün tutduğunun daha bir bariz nümunəsi” adlandırıblar.

Qeyd etmək lazımdır ki, minlərlə siyasi məhbusun edam edilməsində əli olan İbrahim Rəisi həm ölkə daxilində, həm də beynəlxalq arenada qatil kimi tanınır. Onun məhkəmə sisteminin rəhbəri təyin edilməsinə münasibət bildirən Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsünün müavini bu təyinatı “rüsvayçılıq” adlandırıb. “Human Rights Watch” təşkilatı isə bunun İran insan hüquqlarının daha da tənəzzülə uğradığının göstəricisi olduğunu bildirib.