vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNEY  
14:44 | 29 iyul 2019 | Bazar ertəsi Məqaləyə 2601 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

800 illik abidə acınacaqlı durumda

İslam elm aləminin ilk universiteti olan Marağa Rəsədxanası baxımsız vəziyyətdədir

Güney Azərbaycanda tarixi Marağa Rəsədxanası dövlətin diqqətindən kənarda qalaraq baxımsız vəziyyətdədir. Turistlərin rəsədxanaya getmək üçün istifadə etdiyi yol belə təxrib olunub. Tarixi məkanda təcili olaraq təmir-bərpa işlərinə ehtiyac var.

“Gənc Müxbirlər Klubu”nun yaydığı məlumata əsasən, Tehrandan Rəsədxananı görməyə gələn Həsənzadə adlı bir turist tarixi məkanın yolunun acınacaqlı vəziyyətdə olmasını kəskin tənqid edib.

“Bu yol belə bir tarixi məkana uyğun deyil. Bu vəziyyətdə turistlər rəsədxananı ziyarət etməyə rəğbət göstərməz.

Mən bu tarixi əsəri görüncə çox həyəcanlandım. Lakin bir nəfər tapılmadı ki, onun barəsində bizə məlumat versin”, - deyə o bildirib.

Şərqi Azərbaycandan olan universitet müəllimi ustad Faxeri isə deyib: “Marağa Rəsədxanası ölkədə elmlə bağlı  turizmin qütbü ola bilər. Təəssüflə mən 4-cü dəfərdir ki, buranın öz başına buraxıldığına şahid oluram. Yerli məsullar vəsait çatışmazlığını bəhanə etmədən bu məkanın problemlərini aradan qaldırmağa çalışmalıdır.”

Şərqi Azərbaycan valisinin müavini və Marağa Şəhər İcra Hakimiyyətinin başçısı Həmid Şökri də bu məsələyə münasibət bildirib:

“Dünya şöhrətli Marağa Rəsədxanası düzgün qorunub saxlanılmır. Tarixi məkana gəlmək üçün istifadə olunan yol da yağıntılar nəticəsində təxrib olunub və avtomobil qəzalarının baş vermə ehtimalını artırıb.

Xacə Nəsirəddin Tusi tərəfindən tikilən rəsədxana vaxtı ilə Çin, Hind, Səmərqənd və İstanbul rəsədxanalarının tikilməsi üçün nümunə sayılıb. İndi bu dəyərli tarixi əsərin bu vəziyyətdə saxlanması böyük təəssüf doğurur.”

Həmid Şökri əlavə edib ki, Marağada təxminən 500 təbii və tarixi əsər var, onlardan yalnız 300-ü ölkənin milli əsərlər siyahısına salınıb. Hesab eliyirəm ki, bu əsərlərə, xüsusi ilə də Marağa Rəsədxanasına daha çox diqqət yetirilməlidir.

Marağa Rəsədxanası 800 il əvvəl Xacə Nəsirəddin Tusinin səyi nəticəsində tikilib. Bu əsər islam dünyasının birinci universiteti kimi xatırlanır.

İranda həndəsə, riyaziyyat və digər elmi sahələrdə bir çox nailiyyətlər məhz Marağa Rəsədxanasının sayəsində mümkün olub.