vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNEY  
21:20 | 29 iyul 2019 | Bazar ertəsi Məqaləyə 2272 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hippokrat andı İranda işləmir?

Türk dilində danışdığı üçün xəstəni ambulansdan düşürdülər

Urmiyada Təcili Tibbi Yardım Mərkəzinin yerli olmayan işçisi farsca danışa bilməyən bir türkü ambulansdan endirib. İrqçi hərəkətə yol verən işçi xəstəni xəstəxanaya çatdırmaqdan imtina edib.

Urmiya “Barış News” Teleqram Kanalı bu barədə bir video yayaraq yazib ki, “xəstə farsca danışa bilmədiyindən və problemini türk dilində anlatdığı üçün Təcili Tibbi Yardım Mərkəzi işçisinin qeyri-insani və məsuliyyətsiz reaksiyası ilə üzləşib.”

Məlumata görə, kürd və ya fars kökənli olduğu ehtimal olunan şəxs xəstə və onu müşayiət edən qohumları ilə mübahisə etdikdən sonra onları Urmiyanın Xürrəmşəhr xiyabanında ambulansdan endirib.

Bəzi Azərbaycan Teleqram kanalları irqçiliyə yol verən şəxsin adının Rza Rizvanpur olduğunu, Urmiyanın İqbal Tibb Mərkəzində çalışdığını yazıblar.

Soydaşlarımız Təcili Tibbi Yardım Mərkəzinin işçisinin irqçi hərəkətini kəskin şəkildə pisləyərək onun cəzalandırılmasını tələb ediblər.