vaxtlı-vaxtında oxuyun! Cümə, 4 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
“Kifayət qədər gərgin keçdi” 16:27 | 5 dekabr 2019 | Cümə axşamı Məqaləyə 1993 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kifayət qədər gərgin keçdi”

Elmar Məmmədyarov erməni həmkarı ilə görüşündən danışdı

“Dünən erməni həmkarımla 3 saat yarımdan çox davam edən görüşümüz oldu. Sizə deyə bilərəm ki, bu, kifayət qədər çətin müzakirələr idi”.

APA xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

O bildirib ki, qarşıda hələ də həllini tapmayan məsələlər var.

“Biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə mərhələli həll yollarını müzakirə edirik. Təbii ki, ilk növbədə konfliktin nəticələri aradan qaldırılmalı, erməni silahlı bölmələri BMT-nin qətnamələrində göstərildiyi kimi, Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılmalıdır. Bu, bizə danışıqlarda növbəti mərhələyə keçməyə imkan verəcək. Hansı ki, burada ərazinin statusu məsələsini müzakirə edə bilərik”, - deyə E. Məmmədyarov qeyd edib.