vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
11:21 | 19 dekabr 2019 | Cümə axşamı Məqaləyə 3181 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ mediasında demokratların ifşası

“Ermənistan üçün pul yığan və lobbiçilik edən Tramp əleyhdarları ikiüzlüdürlər!”

Poll MİLLER, (“Daily Wire” ABŞ)

Konqresdə (demokrat) Adam Şiffin rəhbərlik etdiyi impiçment araşdırmaçıları qrupunun korrupsiya və xarici müdaxilə ilə bağlı tədqiqatı davam edir. Ancaq bəlkə də Şiff və həmkarları əvvəlcə öz evlərində təmizlik işləri aparmalıdırlar.

İmpiçment qəzəbinin radarına onlarla birlikdə “Hayastan” Erməni Fondu (“Ermənistan Fondu”) da düşüb. Direktoru Ara Vardanyanın mənimsəmə və vəsaitdən sui-istifadə ittihamları ilə həbsindən 1 il sonra bu fond illik telemarafonda 10 milyon dollar vəsait toplayıb. Eyni telemarafon 2018-ci ildə – 11,1 milyon dollar, 2017-ci ildə – 12,5 milyon dollar, 2016-cı ildə – 15,4 milyon dollar, 2008-ci ildə isə 35 milyon dollar vəsait toplamağa imkan verib.

İllərdir gəliri azalan fondun tərəfdarları və telemarafon qonaqları arasında Reps Şiff, Ceki Speyer, Frank Pallone, Tulsi Qabbard və Bred Şerman kimi demokratlar da var. Hamısı impiçment söhbətində təşəbbüskardır (Qabbard əvvəlcə impiçmentlə bağlı tərəddüdünü bildirib, lakin sonradan fikrini dəyişib.) Bununla belə, onların “Ermənistan Fondu”nu dəstəkləməsi özlərinin xarici müdaxilə qalmaqalına çevrilə bilər.

Problemlər “Ermənistan Fondu”nun tarixindən başlayır. 1992-ci ildə Ermənistan prezidentinin fərmanı ilə qurulan və 1994-cü ildə Los-Ancelesdə dükan açan fond özünü “Ermənistan xalqını birləşdirmək” missiyasını yerinə yetirən, “Ermənistan Respublikası və Artsax Respublikasının ehtiyaclarına xidmət edən humanitar təşkilat” adlandırır. Dünyanın erməni diasporu ilə birlikdə erməni milləti üçün daha yaxşı bir vətən yaratmaq üçün. “Artsax” termini BMT-nin bir neçə qətnaməsində Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazisi – Dağlıq Qarabağ kimi qeyd olunub. Bununla yanaşı, Dağlıq Qarabağı “respublika” adlandırmaq – Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımayan və ərazinin gələcək statusu “tərəflər arasında danışıqlar məsələsi” olduğu vurğulanan ABŞ Dövlət Departamentinin siyasətinə ziddir.

Konqresdəki müdafiəçiləri üçün “Ermənistan Fondu” özünəməxsus bir dilemma yaradır: necə olur ki, bir tərəfdən, demokratlar prezident Trampın tərəfdaşlarını qeydiyyata alınmamış xarici agentlər kimi qələmə verib, iddia etdikləri fəaliyyətə görə impiçment prosesində hədəfə alır; digər tərəfdən, idarə heyətinin sədri Ermənistan prezidenti olan, xarici hökumətin təsis etdiyi fondun Xarici Agentlərin Qeydiyyat Aktına əsasən, qeydiyyatsız qalmasına göz yumurlar?

“Ermənistan Fondu” “məktəblər, yollar, xəstəxanalar və icma mərkəzləri” kimi infrastruktur layihələri üzrə işlərini diqqət mərkəzində saxlasa da, iddia etdiyi məsum “humanitar” qrup olmaqdan uzaqdır. Fondun filiallarına Amerika Erməni Məclisi və Amerikanın Erməni Milli Komitəsi (ANCA) kimi Konqresdə iştirak edən iki siyasi lobbi daxildir. Bu lobbiçilər Amerikanın Ermənistan və Dağlıq Qarabağı daha çox maliyyələşdirməsi üçün kampaniya keçirirlər. Əslində, erməni lobbiçilərinin fəaliyyəti, o cümlədən ANCA-nın Madrid prinsiplərini rədd etməsi ilə, Ermənistanı və Azərbaycanı sülhdən uzaqlaşdırmağa xidmət edir.

“Ermənistan Fondu”nun rəhbəri Vardanyanın 2018-ci ilin iyul ayında həbsi ictimaiyyəti siyasi qrup kimi aldadan təşkilatda korrupsiyanı faş edib. Fondun azalan yığımı, postsovet ölkələri arasında bəlkə də hamıdan az müstəqil olan Ermənistanın daha geniş tənəzzülünü əks etdirir. Ermənistanda əhalinin sayı azalır, “Gallup”-ın sorğusu bunu dünyanın ən böyük qəzəbitək göstərir. Bu qəzəb Ermənistanın sərtləşən inflyasiya təbəddülatları və qondarma “məxməri inqilab”dan qaynaqlanır – baş nazir Nikol Paşinyanın radikal dəyişiklər haqqında icra olunmamış vədlərindən. Məhz Paşinyan həm Moskvanın İrəvan üzərində, həm də Ermənistanın Azərbaycanla sülh prosesinə müdaxiləsinə dair yaxşı sənədləşdirilmiş təsirini göstərir.

Ermənistan iqtisadi nasazlığına əncam çəkib, Rusiyanın orbitindən çıxara bilərmi? Ermənistanın Azərbaycanla onilliklər boyu uzanan münaqişəni davam etdirəcəyi təqdirdə, irəliləyiş mümkün olmayacaq. Erməni xalqı üçün, “Ermənistan Fondu” kimi mübahisələrə səbəb olan kənar qrupların maddi dəstəyindən asılı olaraq, o, daha çox korrupsiya və məyusluq doğuracaq, ANCA-nın təbliğatına arxalanma isə sülh perspektivlərinə zərər verəcək.

Eyni zamanda, Konqresdəki demokratlar “Ermənistan Fondu” və ANCA-nı dəstəkləməklə, erməni xalqına heç bir xeyir verməyiblər. İndi impiçment ittihamını irəli sürdükləri üçün, onların ikiüzlülüklərini üzə çırpmaq ədalətlidir. İllər boyu özü korrupsiyalaşmış bir erməni diasporunun telemarafonunu dəstəklədikləri halda, iddia edilən prezident korrupsiyasına qarşı necə müqavimət göstərə bilərlər? (Həmin illərdə Ermənistanın Los-Ancelesdəki baş konsulu Rusiya vətəndaşı və bədnam oliqarx idi.) ANCA-nın diskusiya mövzularını genişləndirdikləri halda, sülhün tərəfdarı olduqlarını necə iddia edə bilərlər?

Öz “Ukrayna qalmaqalı”na bulaşmış Şiff kimi siyasətçilərin impiçment iddiasına dair bu cür ikiüzlü açıqlamaları təəccüb doğurmamalıdır. Yaxud bədnam Əsədin tərəfdarı olan, prezidentliyə namizəd Qabbard və ya oktyabrda Ermənistan hökumətinin hərbi helikopteri ilə Dağlıq Qarabağa gedərək, ABŞ-ı müttəfiqi olan Azərbaycana təhlükəsizlik yardımının dayandırılmasını tələb edən Pallone…

Özlərini erməni-amerikan vəsait toplama və lobbiçilk aparatından uzaqlaşdırmayana qədər, bu konqresmenlər xarici təsir və impiçment mövzusunda müzakirələrdə söz sahibi kimi etibarlı deyillər.